Şəbnəm nişan üzüyün niyə geri qaytarıb?

ARB telekanalında yayımlanan "Səhər-Səhər" verilişinin qonaqlarından biri əməkdar artist Şəbnəm Tapdıq olub. Verilişin aparıcısı Elgiz subay xanım müğənniyə "Sizin özəl həyatınız hal-hazırda nə yerdədir?" sualı ilə müraciət edib.

ARB telekanalında yayımlanan "Səhər-Səhər" verilişinin qonaqlarından biri əməkdar artist Şəbnəm Tapdıq olub. Verilişin aparıcısı Elgiz subay xanım müğənniyə "Sizin özəl həyatınız hal-hazırda nə yerdədir?" sualı ilə müraciət edib.

Xalq şairi İlyas Tapdığın qızı aparıcının sualına aşağıdakı cavabı ilə diqqət çəkib: "Sevgiyə qalsa, təsəvvür edin ki, 17 yaşımdan səhnədə olmuşam. İndiki kimi olmamışam e... gözəl olmuşam. Nə qədər istəyən var idi. Hətta dərdimdən dəlixanaya düşənlər olub. Biri var idi, əl çəkmirdi. Axırda anam atama dedi ki, qoy gəlsin bizə. Çünki mən Şəbnəmi qoymaram ki, ağacın altında, parkda, küçədə kimləsə görüşsün. Oğlan gəldi utana-utana, yanaqları qızarmşdı. Anam dedi "Nə gözəl oğlandı. Gündüz çıraqla axtarsan, tapa bilməzsən".

Yaxşı ailədən idi, atası-anası nişan gətirdi. O, elə bilirdi ki, barmağıma üzük taxan kimi məni sənətdən ayıracaq. Mənim karyeramın üstündən xətt çəkmək istədi. Hərbçi idi, dedi "Mənim yoldaşım müğənni ola bilməz. Mən gələcəkdə general ola bilərəm, yüksək vəzifədə ola bilərəm". Dedim "Onda siz məni niyə aldatdınız? Üzüyü çıxarıb, qoydum stolun üstünə. Bu iş burada da bitdi. Belə, elçi gəlirlər. Keçən il 30 yaşında bir uşaq dədəsi ilə elçi gəlmişdi. Dedim 30 yaşla 50 yaş olmaz. Siz nə danışırsınız?!" . Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31