Gündəm

11 noyabra hazırlaşın: MÖCÜZƏ BAŞ VERƏCƏK

7 Noyabr 2017 13:37

Noyabrın 11-i ilin ən bol enerjili günlərindəndir. 11.11. Bəli məhz bu gün özünüzü daha gümrah və hər işə qadir hiss edəcəksiniz. Bu tarixdə özünüzlə bağlı ən xoş arzularınızı dilə gətirin. Yaşamaq istədiyiniz dünyanın xəyallarını qurun. Əmin olun ki, bol enerji və Yer üzündəki ideal harmoniya sayəsində bütün diləkləriniz gerçəkləşəcək. Səması aydın, suyu saf, uşaqları xoşbəxt bir planet təsəvvür edin, izn verin, qəlbinizin nuru üzünüzə hopsun həmin gün. Düşünün ki, məhz bu gün həyatınızın ən gözəl bayramını qeyd edəcəksiniz. Həmin gün bəşərin bizə ötürdüyü müsbət bol enerjini qarşılayıb, bağlı qapıları açmağa hazır olun.

Komitə sədri: “İctimai birliklər və siyasi təşkilatların maliyyələşməsi üçün əlavə vəsaitin ayrılmasını ehtiyac var”

7 Noyabr 2017 13:33

İctimai birliklər və siyasi təşkilatların maliyyələşməsi üçün əlavə vəsaitin ayrılmasını ehtiyac var. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat: “Niyə neft pulunu biri sağa, biri sola xərcləməlidir…”

7 Noyabr 2017 13:32

“Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsində neftin baza qiymətinin daha az götürülməsi məqsədəuyğundur”. “Olaylar” xəbər verir ki, bunu 2018-ci ilin büdcə layihəsinin Milli Məclisin komitələrindəki müzakirəsi zamanı parlamentin İctimai brliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib. O deyib ki, neftdən gələn pul Dövlət Neft Fonduna yığılmalıdır: "Neftin qiymətini büdcədə niyə artırırıq? İqtisadiyyat Nazirliyi və Kənd Təəsrrüfatı Nairliyindən də deyirlər ki, inkişaf var. Bu sahədə gəlirlər varsa, neftin qiymətini büdcədə niyə artrırıq? Əksinə, aşağı salmaqla o sahələri daha çox inkişaf etdirə bilərik.

Ziyad Səmədzadə: “BTQ Azərbaycanın dinamik inkişafını daha da artıracaq”

7 Noyabr 2017 13:30

Noyabrın 7-də Milli Məclisin 5 komitəsinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri müzakirə edilir. “Olaylar” xəbər verir ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, “Bakı-Tbilisi-Qars” layihəsi Azərbaycanın tarixində böyük bir hadisədir.

Milli Məclis büdcə müzakirələrinə start verdi

7 Noyabr 2017 13:29

Noyabrın 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında gələn ilin dövlət və icmal büdcəsinin müzakirəsinə başlanılıb.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

7 Noyabr 2017 13:28

Noyabrın 7-dən 9-dək Çexiyanın paytaxtı Praqa şəhərində Kiber müdafiə sahəsi, gələcək ikitərəfli münasibətlərin qurulmasına dair təcrübə mübadiləsi keçirilir. Noyabrın 7-dən 10-dək İsveçin Kunqsangen şəhərində Təcrübələrin öyrənilməsi üzrə NATO qərargah zabiti kursu təşkil olunur.

Təmas xəttində monitorinq keçiriləcək

7 Noyabr 2017 13:24

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 8-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Piyadanı vurub qaçan qadın sürücü tutuldu

7 Noyabr 2017 13:20

Bakıda avtomobillə piyadanı vurub qaçan sürücü tutulub. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, noyabrın 6-da saat 11 radələrində Nəsimi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Amil Rüstəmli vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Toyota” markalı avtomobilin sürücüsü - Abşeron rayon sakini Şahruzad Novruzova saxlanılıb. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Siyavuş Novruzovdan sərt etiraz: “Deputatların maaşı niyə qaldırılmır?”

7 Noyabr 2017 13:18

“Növbəti ilin büdcəsində dövlət strukturlarında maaşların artırılması nəzərdə tutulsa da, bu, deputatlar üşün nəzərə tutulmayıb. Niyə belə ayrı-seçkilik qoyulur? Büdcədə dövlət strukturlarında çalışanların maaşlarının 20 faiz artırılması, yuxusunda nəsə görüb duranların məvaciblərinin qaldırılması nəzərdə tutulsa da, bu, Milli Məclisdə çalışanlara şamil olunmur”.

Əli Kərimli II Yelizaveta barədə niyə susdu? TƏRS BAXIŞ

7 Noyabr 2017 13:17

Demək olar ki, bütün çıxışlarında Azərbaycan hakimiyyətinə qarşı qarayaxma kampaniyaları apararaq, dövlət rəsmilərinə böhtan atan AXCP sədri Əli Kərimliyə bu dəfə Avropadan sarsıdıcı zərbə gəldi. Daha dəqiq desək, hazırda qoca qitənin siyasi çevrələrini silkələyən ofşor qalmaqalı üzə çıxıb həmin qalmaqallı siyahıda prezidentlərin, baş nazirlərin, kral və kraliçaların adları hallanmaqdadır.

Şəmsəddin Hacıyev: “BTQ vasitəsilə Afrika ölkələrinə də çıxış yaranır”

7 Noyabr 2017 13:08

“Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsinin reallaşması Azərbaycanın müstəqil tarixində ən mühüm hadisələrdən biri kimi qiymətləndirilə bilər. Biz bunu əhəmiyyətinə görə Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Boru Kəməri ilə müqayisə edə bilərik. Eləcə də, "Əsrin müqaviləsi"nin 2050-ci ilə qədər uzadılmasının verəcəyi fayda kimi qiymətləndirirəm”. Bunu  millət vəkili Şəmsəddin Hacıyev deyib.

Ərdoğan-Putin görüşü nə vəd edir?- ŞƏRH

7 Noyabr 2017 13:07

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə rusiyalı həmkarı Vladimir Putinlə görüşü çox mühüm hesab olunmalıdır. Çünki, ilk dəfə olaraq onların görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı rəsmi şəkildə açıqlanıb və təsdiqlənib”. Bunu  siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.

BNA Nazirlər Kabinetinə təkliflər göndərdi

7 Noyabr 2017 12:49

Bakı Nəqliyyat Agentliyi nəqliyyat vasitələrinin hərəkətində günün pik saatlarında sıxlıq müşahidə edilən ərazilərin təhlil edilərək araşdırılması işlərini davam etdirir.

“Binəqədi Gənclərinin III Liderlik Məclisi” keçirilib

7 Noyabr 2017 12:48

“İslam Həmrəyliyi İli “ çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində “Binəqədi Gənclərinin III Liderlik Məclisi” adlı layihə həyata keçirilib.

Samir Şərifov: "Alkoqollu içkilərə aksiz dərəcələri iki dəfə artırılacaq"

7 Noyabr 2017 12:47

"Alkoqollu içkilərə aksiz dərəcələri iki dəfə artırılacaq". “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.