Gündəm
Murad Dadaşov Elşad Xoseni "vurmaq" üçün kimə sifariş verib? - "Maşın şou" ilə bağlı şok iddia
Tanınmış jurnalist Ülviyyə Alovlu "Maşın şou"nun aparıcısı Murad Dadaşov, eləcə də şounun iştirakçısı Vüsalə Kərimova ilə bağlı şok ittihamlar səsləndirib. Ü. Alovlu İlkin Misgərli ilə oyundan imtina etməsinin əsl səbəbini və pərdəarxası yaşanan fırıldaqları etiraf edib.
Boşanan türk aktyor Pərvin Abıyevadan gözünü çəkmədi - FOTOFAKT
Pərvin Abıyeva, Fərda Xudaverdiyev və İslam Mehrəliyev kimi yerli məşhurların da çəkildiyi "Yanlış anlama" filminin İstanbulda qala gecəsi keçirilib. Türkiyəli məşhur kino ulduzları ilə eyni filmdə rola alan azərbaycanlı aktyorların da iştirak etdiyi qala gecəsi maraqlı anlara səhnə olub. Belə ki, "Arka Sokaklar"dan "Mesut Komiser" obrazı ilə rəğbət qazanan Şevket Çoruh "Yanlış Anlama"da azərbaycanlı tərəf müqabili olan model-aktrisa Pərvin Abıyevadan gözünü çəkə bilməyib.
Aygün Kazımovaya qadağalar qoyuldu
Azərbaycanın məşhur estrada müğənnisi Aygün Kazımova bu il beynəlxalq mükafatlandırma mərasimi olan "DAF BAMA MUSİC AWARDS"da iştirak edə bilməyəcək.
Hava yağışlı və küləkli olacaq
Noyabrın 8-də Bakıda və Abşeron yarımadasında buludluhava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, şimal küləyi arabir güclənəcək.
İtaliya mətbuatı: “Qarabağ” haqda heç vaxt “heç vaxt” deməyək
Qarabağ”ın Çempionlar Liqasında mübarizə apardığı C qrupu haqda İtaliya mətbuatında yazı dərc olunub. Həmkarlarımız 3-cü pillədə qərarlaşan “Atletiko” və qrupun sonuncusu olan Azərbaycan çempionunun şanslarını dəyərləndiriblər.
Binəli Yıldırım “Paradise Papers” qalmaqalında övladlarının adlarının hallanmasına münasibət bildirib
Türkiyənin baş naziri Binəli Yıldırım beynəlxalq jurnalist təhqiqatı nəticəsində açıqlanan sənədlərdə (“Paradise Papers”) övladlarının ofşor zonalarda şirkətlərinin olması barədə məlumatların əksini tapmasına münasibət bildirib.
Robert Sekuta: "Prezidentlərin Cenevrə görüşünün davamı gəlməlidir"
“Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü müsbət addımdır. Ancaq bu istiqamətdə addımların davamı gəlməli, əlavə işlər görülməlidir”. Məlumata görə, bu sözləri Qubada səfərdə olan ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, hazırda ATƏT-in Minsk qrupu həmsədrləri hər iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün iş aparırlar: “Həlli uzanan bu münaqişənin dinc yolla həlli və prosesin irəli aparılması üçün işlər davam etdirilir”.
Ermənilərin həsəd apardığı general: “Onlar heç vaxt bunu etməzlər”
Xəbər verdiyimiz kimi, erməni “facebook” istifadəçiləri ehtiyatda olan azərbaycanlı general-leytenant Yaşar Aydəmirovun fotosunu paylaşıb. Göründüyü kimi, bu fotoda general şəhid anasının əlini öpür. Erməni “facebook” istifadəçisi Haykaz Gevorkyan fotonu “Azərbaycanlı general şəhid anasının hüzurunda. Təəssüf ki, bizdə belə deyil” başlığı ilə paylaşıb.
Bərzani sükutu pozdu: "Referenduma görə peşman deyiləm"
Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani yeni açıqlama verib. Bərzani Şimali İraqda keçirilən müstəqillik referendumu ilə bağlı yeni fikir səsləndirib. Bundan başqa Bərzani ABŞ-ı tənqid edib.
Öz qızlarını vəhşicəsinə öldürən cinayətkar: "Mən şeytanla birgə doğuldum"
"Mən içimdəki pisliklə doğuldum. Qatil olmaq gerçəkliyimin önünə keçə bilmədim. Dünyaya gözlərimi açdığım yatağın yanında iblis mənim dostum olaraq gözləməkdə idi və o gündən bəri mənimlə birlikdədir".
Biz edə bilmədik, Bakı isə həyata keçirdi - Sərkisyan
“Ermənistan Atom Elektrik Stansiyası 10 il sonra bağlanacaq, onu yeni atom elektrik stansiyası əvəz edəcək”. Ermənistan hökumətinin bu bəyanatına inanmıram. Bunu “SputnikErmənistan” agentliyinə müsahibəsində Ermənistanın Demokratik Partiyasının sədri Aram Sərkisyan söyləyib.
Azərbaycanda bu qədər insanın pensiyası artırılıb
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş son dəyişikliklər nəticəsində işləyən pensiyaçıların pensiyalarında əhəmiyyətli artımlar olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasında ölkəmizin sığorta-pensiya sistemində həyata keçirilən islahatların davamı olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş son dəyişikliklər bu sistemin adekvat sığorta təminatı prinsipi üzərində təkmilləşməsinə və uzunmüddətli inkişafına etibarlı əsas yaradaraq, eyni zamanda pensiyaçı əhalinin mənafelərinin daha dolğun ifadəsinə imkan verib.
Ərəbistan: Şahzadələrin həbsi hələ başlanğıcdır - Şok
Səudiyyə Ərəbistanını korrupsiyadan təmizləmək üçün həyata keçirilən həbslər sadəcə başlanğıcdır. Bunu jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanı Baş prokuroru Şeyx Səud əl Mojeb söyləyib. Onun sözlərinə görə, həbs edilən 11 şahzadə, 4 nazir və digər eks-nazirlərin bütün hesabları dondurulub. Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın rəhbərliyi ilə başladılan əməliyyatlara artıq ABŞ Prezidenti Donald Tramp da dəstək verib: “Kral Salman və Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsinə böyük etibarım var. Nə etdiklərini çox yaxşı bilirlər. Sərt reaksiya ilə üzələşənlərin çoxu ölkələrindən illərdir oğurluq edirlər”.
Diyanet İşleri Başkanlığı Suriyeli 100 imam istihdam edecek
Diyanet İşleri Başkanlığı, Suriyeli 100 kişiyi sığınmacılara yönelik din hizmeti sunmak üzere istihdam edilecek Diyanet İşleri Başkanlığı’na bağlı Din Hizmetleri Genel Müdürlüğü’nün önümüzdeki dönemde gerçekleştirmeyi planladığı hizmet ve faaliyetler arasında mültecilere yönelik çalışmalar da yer alıyor. Gazete Habertürk'ün haberine göre genel müdürlüğün özellikle geçici koruma merkezlerinde kalan Suriyelilere dönük yapmayı düşündüğü faaliyetler şöyle:
Prezident qəbul keçirdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Avropa İttifaqı Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyətini qəbul edib.













.jpg)
