Hava yağışlı və küləkli olacaq

Noyabrın 8-də Bakıda və Abşeron yarımadasında buludluhava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  bildirilib ki, şimal küləyi arabir güclənəcək.

Noyabrın 8-də Bakıda və Abşeron yarımadasında buludluhava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  bildirilib ki, şimal küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 9-13° isti, gündüz  15-17° isti, Bakıda gecə  10-12° isti, gündüz  15-17° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  70-80 % olacaq. Noyabrın 8-i axşam, 9-da Bakıda və Abşeron yarımadasında havaşəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 3-5° aşağı enəcək. Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 8-i axşam və 9-da Abşeron yarımadasında yağışlı hava şəraiti, arabir güclənən xəzri küləyi və havanın temperaturunun bir qədər enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir. Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti,
gündüz 15-19° isti, dağlarda gecə 0-5° isti, gündüz  5-10° isti olacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31