Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir
Noyabrın 7-dən 9-dək Çexiyanın paytaxtı Praqa şəhərində Kiber müdafiə sahəsi, gələcək ikitərəfli münasibətlərin qurulmasına dair təcrübə mübadiləsi keçirilir. Noyabrın 7-dən 10-dək İsveçin Kunqsangen şəhərində Təcrübələrin öyrənilməsi üzrə NATO qərargah zabiti kursu təşkil olunur.
7 Noyabr 2017 13:28 SiyasətNoyabrın 7-dən 9-dək Çexiyanın paytaxtı Praqa şəhərində Kiber müdafiə sahəsi, gələcək ikitərəfli münasibətlərin qurulmasına dair təcrübə mübadiləsi keçirilir. Noyabrın 7-dən 10-dək İsveçin Kunqsangen şəhərində Təcrübələrin öyrənilməsi üzrə NATO qərargah zabiti kursu təşkil olunur. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb. Məlumatda o da qeyd edilib ki, noyabrın 7-dən dekabrın 4-dək isə Pakistanın Kəraçi şəhərində Hidroqrafiya və Okeanoqrafiya kursu keçirilir. Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.