Əli Kərimli II Yelizaveta barədə niyə susdu? TƏRS BAXIŞ

Demək olar ki, bütün çıxışlarında Azərbaycan hakimiyyətinə qarşı qarayaxma kampaniyaları apararaq, dövlət rəsmilərinə böhtan atan AXCP sədri Əli Kərimliyə bu dəfə Avropadan sarsıdıcı zərbə gəldi. Daha dəqiq desək, hazırda qoca qitənin siyasi çevrələrini silkələyən ofşor qalmaqalı üzə çıxıb həmin qalmaqallı siyahıda prezidentlərin, baş nazirlərin, kral və kraliçaların adları hallanmaqdadır.

Yaxud, Avropada ofşor qalmaqalı "Milli Şura"nın gölünə daş saldı

Demək olar ki, bütün çıxışlarında Azərbaycan hakimiyyətinə qarşı qarayaxma kampaniyaları apararaq, dövlət rəsmilərinə böhtan atan AXCP sədri Əli Kərimliyə bu dəfə Avropadan sarsıdıcı zərbə gəldi. Daha dəqiq desək, hazırda qoca qitənin siyasi çevrələrini silkələyən ofşor qalmaqalı üzə çıxıb həmin qalmaqallı siyahıda prezidentlərin, baş nazirlərin, kral və kraliçaların adları hallanmaqdadır. Ə.Kərimliyə dəyən zərbə isə bir faktor üzərindən yönəlib - ofşor qalmaqalında adları hallanan nüfuzlu ictmai-siyasi xadimlərin arasında ümumiyyətlə, Azərbaycanın dövlət rəhbərliyinin adı yoxdur! Məhz bu faktor "Milli Şura"nın bir-birindən rüsvayçı aksiyalarında səslənən fikirlərə tərs sillə, hətta qurşaqaltı zərbə effektini yaşatmaqdadır. Maraqlısı da budur ki, sosial şəbəkələrdə özü və saxta profilləri vasitəsilə "qəhrəmanlıq" edən, danışanda isə ağzına çullu dovşan yerləşməyən Ə.Kərimli hələ də susmaqda davam edir. Çünki mövcud reallıq ona sərf etmir və zaman-zaman ölkədə sabitliyi pozmağa yönəlmiş xarici siyasi dairələrin də sözügedən qalmaqallı siyahıda yer alması artıq nəyin-necə olduğunu kifayət qədər sübuta yetirmiş olub.

"Paradise Papers"in şok rəqəmləri

Bəs nə baş verib? Bəlli olub ki, Böyük Britaniya kraliçası II Yelizaveta ofşor hesablara təqribən 10 milyon funt sterlinq (13 milyon ABŞ dolları, ya da 22 milyon manat-R.N.) sərmayə qoyub.

Bu faktı isə Vaşinqtonda yerləşən Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumunun (ICIJ) yaydığın "Paradise Papers" hesabatlarında vurğulanıb. Bəlli olub ki, Britaniyanın monar ailəsinin başçısı bu pulları 2004-2005-ci illərdə Kayman və Bermud adalarında qeydiyyatdan keçmiş fondlara yatırıb.

Məlumata görə, bu pullar, çox güman, II Yelizavetanın ona məxsus olan Lankaster hersoqluğundakı 500 milyon funt sterlinq dəyərindəki daşınmaz əmlakdakı payından qazandığı dividentlərdir.

Britaniya mətbuatı nədənsə kraliçanın şəxsin ofşor hesablara pul qoymağa hüququ olub-olmadığı məsələsi barədə heç bir aydınlıq gətirmir

İndi Böyük Britaniyanın hakim dairələrinə və monarx ailəsinə bağlı KİV-i hər vəchlə ortaya çıxan faktı dünyanın ictimai rəyindən gizlətməyə cəhdlər edirlər. Guya bu əməliyyatlarda qeyri-qanuni heç nəyin olmadığını, kraliçanın daim vergi ödədiyini yazan Britaniya mətbuatı nədənsə kraliçanın şəxsin ofşor hesablara pul qoymağa hüququ olub-olmadığı məsələsi barədə heç bir aydınlıq gətirmir. Əslində, bu aydınlığın gətirilməməsi də sübut edir ki, artıq iş-işdən keçib və korrupsiya faktı ortadadır. Bundan sonra edilən, ya da ediləcək bəhanələr isə heç də ictimai rəyi inandırmayacaq.

Donald Trampın yüksək çinli administrasiya üzvləri, Kanadanın baş naziri Castin Trüdonun, eləcə də nüfuzlu Uber, Apple, Nike şirlətlərinin top-menecerlərinin adları sözügedən siyahıda "bərq" vurur

Yuxarıda da qeyd etdiyimiz kimi, ofşor qalmaqalıpnda yalnız Brtitaniya şahzadəsinin deyil, digər nüfuzlu siyasət adamlarının adları hallanır. Misal üçün, ABŞ prezidenti Donald Trampın yüksək çinli administrasiya üzvləri, Kanadanın baş naziri Castin Trüdonun, eləcə də nüfuzlu Uber, Apple, Nike şirlətlərinin top-menecerlərinin adları sözügedən siyahıda "bərq" vurur.

Beləliklə, ortada danılmaz faktlar var və bu faktları bir müddət öncə yayılmı digər məlumat da sübuta yetirir. Məsələn, Bermud adalarında qeydiyyatdan keçmiş və "Appleby" şirkəti xüsusilə ofşor zonası yaradaraq, Avropadan olan fəal müştərilərinə xidmət göstərib. Lakin hazırda üzə çıxan faktlarla bağlı "Appleby" şirkəti daha öncədən xəbərdarlıq etməyi də unutmayıb. Belə ki, hələ ötən ayın sonlarında "The Teleqraph" da yazırdı ki, artıq adları üzə çıxmış müştərilərin məxfi məlumatlarını ötən il hakerlər ələ keçirib. Bu baxımdan, xəbərdarlıqlar da edilib və qeyd olunub ki, offşorlar barədə məlumatlar yaxın vaxtlarda yayıla bilər. ""Appleby" öz müştərilərinə tövsiyə edir ki, indidən hüquqi müdafiəyə hazırlaşsınlar və öz imiclərini müdafiə etmək üçün PR-mütəxəssislər tutsunlar"-deyə sözügedən məqalədə bildirilib.

Avropa qurumları maltalı araşdırmaçı jurnalistin qətlə yetirilməsinə niyə susur?

"The Teleqraph" onu da qeyd etmişdi ki, Avropanın və dünyanın nüfuzlu ictimai-siyasi xadimlərinin, o cümlədən, şirkət və korporasiyalarının ofşor ifşalarını əldə etdiyi sənədlər əsasında araşdırmasını aparan Malta jurnalisti avtomobilinin partladılması nəticəsində qətlə yetirilib. Maraqlıdır, hansı səbəbdən, Avropanın müxtəlif qurumlarının "ağıl qoymağı xoşlayan" başbilənləri araşdırmaçı jurnalistin qətlinə qarşı bəyanat yaymayıblar? Niyə "Reportyorların Azadlıq Təşkilatı", yaxud, "HRW", "Freedom House", "Amnesty İnternational" və s. qərəzli təşkilatlar bu faktı sükutla qarşılayıblar? Nəyə görə Ə.Kərimli ən azından, araşdırmaçı jurnalistin qətlini pisləyən bir kəlmə belə olsa söz işlətməyib?

Bütün bunlar isə sübut edir ki, korrpupsiya və s. kimi əməllərin sübutu faktiki olaraq ortadadır və belə bir siyahı Ə.Kərimlinin kürkünə necə deyərlər, birə salıb. Çünki onun Azərbaycan hakimiyyətinə qarşı atdığı şər-böhtanları sübuta yetirilməmiş qalıb. Ən azından, bu qalmaqalda ölkəmizin ümumiyyətlə, adı hallanmayıb. Elə isə sual yaranır, görəsən Ə.Kərimli niyə bu barədə susur? Yoxsa Avropanı silkələyən "Paradise Papers"nin hesabatı onu həqiqətən də nokauta salıb?

Rövşən NURƏDDİNOĞLU

P.S. Yeri gəlmişkən, AXCP sədri Əli Kərimli hələ də əldə etdiyi gəlirləri barədə ictimaiyyətə yalan-palandan başqa doğru-dürsüt heç bir məlumat verməyib. Əcəba, növbəti ofşor qalmaqalı dalğasında onun və Brtitaniyada kef çəkən oğlu Türkel Kərimlinin də adının üzə çıxmayacağına kim zəmanət verə bilər? Atalar demişkən, nə tökərsən aşına o da çıxar qaşığına. İndi buyursun, Ə.Kərimli qaşığına çıxan ofşorlu plovdan istədiyi qədər yesin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31