Şəmsəddin Hacıyev: “BTQ vasitəsilə Afrika ölkələrinə də çıxış yaranır”
“Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsinin reallaşması Azərbaycanın müstəqil tarixində ən mühüm hadisələrdən biri kimi qiymətləndirilə bilər. Biz bunu əhəmiyyətinə görə Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Boru Kəməri ilə müqayisə edə bilərik. Eləcə də, "Əsrin müqaviləsi"nin 2050-ci ilə qədər uzadılmasının verəcəyi fayda kimi qiymətləndirirəm”. Bunu millət vəkili Şəmsəddin Hacıyev deyib.
7 Noyabr 2017 13:08 Siyasət"Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsinin reallaşması Azərbaycanın müstəqil tarixində ən mühüm hadisələrdən biri kimi qiymətləndirilə bilər. Biz bunu əhəmiyyətinə görə Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Boru Kəməri ilə müqayisə edə bilərik. Eləcə də, "Əsrin müqaviləsi"nin 2050-ci ilə qədər uzadılmasının verəcəyi fayda kimi qiymətləndirirəm". Bunu millət vəkili Şəmsəddin Hacıyev deyib.
Onun sözlərinə görə, bu layihə Avropa ilə Asiyanı birləşdirəcək: "Həmçinin bu, qədim İpək Yolunun bərpasını təmin edən bir layihədir. Bu layihənin reallaşması ilə artıq Afrika ölkələrinə də Aralıq dənizi vasitəsilə çıxış yaranır. Layihənin çox mühüm siyasi, iqtisadi, sosial həm də hərbi strateji əhəmiyyəti var. Təbii ki, bu, Azərbaycan Prezidentinin bilavasitə müəllifliyi, onun təşəbbüsü ilə həyata keçirilən bir layihədir. Lakin bu təkcə Azərbaycan dövlətinə, xalqına deyil, bütünlüklə qlobal əhəmiyyətə malik olan böyük bir layihədir. Böyük İpək Yolu üzərində yerləşən bütün dövlətlər üçün hətta bu İpək Yolu üzərində yerləşməyən lakin yaxın coğrafiyada yerləşən dövlətlərin hamısının iqtisadi üçün çox böyük faydalar vəd edir. Təbii ki, indiyədək Avropa ilə Asiyanı birləşdirən müxtəlif dəmiryolu dəhlizləri mövcuddur. Lakin BTQ fərqləndirən bir çox üstünlüklər var. Burada yüklərin daşınması iqtisadi cəhətdən ən ucuz başa gələcək. Hətta vaxt baxımından bu səmərəlidir. Təbii ki, bu da çox böyük nailiyyətdir.
Şəmsəddin Hacıyev əlavə edib ki, bu layihənin reallaşması ilə Azərbaycanın nəinki bu bölgədə, dünyada mövqeyi bir qədər də möhkəmləndi".