Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması praqmatik qərardır

Ölkə iqtisadiyyatının yeni dövrə uyğun inkişaf etdirilməsi istiqamətində uzun müddətdən bəri həyata keçirilən islahatlar, atılan addımlar davam edir. Nəzərə alsaq ki, postneft dövründə istiqsadiyyatda əsas diqqət qeyri-neft sektoru və sənayenin inkişafına yönəldilir, o zaman Azərbaycanda bu sahədə görülən işləri müsbət dəyərləndirmək olar. Bu günlərdə Prezident İlham Əliyevin imzaladığı fərman əsasında “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması da bu istiqamətdə atılan ən təqdirəlayiq addımlardan sayıla bilər.

Əkrəm Həsənov: "Dövlət əmlakının məsuliyyətli idarəedilməsinə başlanılmalıdır"

Ölkə iqtisadiyyatının yeni dövrə uyğun inkişaf etdirilməsi istiqamətində uzun müddətdən bəri həyata keçirilən islahatlar, atılan addımlar davam edir. Nəzərə alsaq ki, postneft dövründə istiqsadiyyatda əsas diqqət qeyri-neft sektoru və sənayenin inkişafına yönəldilir, o zaman Azərbaycanda bu sahədə görülən işləri müsbət dəyərləndirmək olar. Bu günlərdə Prezident İlham Əliyevin imzaladığı fərman əsasında "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin yaradılması da bu istiqamətdə atılan ən təqdirəlayiq addımlardan sayıla bilər.

Qeyd edilən fərmanda da vurğulanır ki, uğurlu inkişafın təmin edilməsi üçün növbəti dövrlərdə də, müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla, iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balansına götürülmüş əmlakın daha səmərəli idarə olunması zəruridir. Bütün bunları nəzərə alaraq dövlət başçısı səhmləri dövlətə məxsus olan "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin yaradılmasını qərara alır. İqtisadçi ekspert Əkrəm Həsənov "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin yaradılmasını təqdir etsə də, lakin onu da bildirib ki, sözügedən Korporasiya hələ tam yaradılmayıb. Çünki nizamnaməsi təsdiq olunmayıb.Onun sözlərinə görə, Mülki Məcəllənin 45.1-ci maddəsinə əsasən isə hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır: "Nizamnamə yoxdursa, deməli, Korporasiya da hələ yoxdur. Maraqlısı həm də odur ki, Fərmanda, digər oxşar fərmanlardan fərqli olaraq, nizamnamənin hazırlanması haqda heç tapşırıq da yoxdur. Məlum olduğu kimi, Beynəlxalq Bankın problemli kreditləri "Şapka Mamed"in (Məmməd Musayev) rəhbərlik etdiyi "Aqrarkredit"ə ötürülüb.Sonuncu da həmin kreditlərin müqabilində borcluların əmlakını (əsasən müəssisələri və daşınmaz əmlakı, bir sözlə, "obyekt"ləri) öz balansına keçirir, o cümlədən qanunsuz yollarla, amma məhkəmələr onu tam dəstəkləyir. Sonra da "Şapka Mamed" həmin əmlakı idarə etməyə başlayır. Yəni gözlənildiyi kimi satıb pula çevirmirdi ki, Beynəlxalq Bankın problemli kreditlərinin heç olmasa bir qismi pul şəklində dövlətə qayıtsın. Buna görə də "Aqrarkredit" faktiki olaraq iri dövlət obyektlərinin idarəçisinə çevrilmişdi. Əmlak Məsələləri Dövlət Komitəsi kimi. Kərəm Həsənov özəlləşdirmə apara bilmədiyi (və ya istəmədiyi) kimi, "Şapka Mamed" də obyektləri sata bilmir və ya satmaq istəmir. İndi isə "Şapka Mamed"in əlindən bu "yağlı tikə"ni aldılar və verdilər Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirovun rəhbərlik edəcəyi Müşahidə Şurasının sədri qismində Korporasiyaya. Böyük ehtimalla yavaş-yavaş bu Korporasiya Kərəm Həsənovun da idarə etdiyi dövlət müəssisələrinə əl qoyacaq ki, onları da "özəlləşdirə bilmirsinizsə, verin biz idarə edək".Ən maraqlısı da elə məhz budur". İqtisadçı deyir ki, dövlətimiz özəlləşdirməni iqtisadi siyasətinin prioriteti elan etsə də, lakin özəlləşdirmə çox ləng gedir: "Digər tərəfdən, dövlətimiz Beynəlxalq Bankın problemli kreditlərini qaytarmaq istəyir, amma nəticədə borclular dövlətə pul deyil, müxtəlif əmlakları verir və dövlət onları satmır. Niyə? Ona görə ki, alan yoxdur. Özəlləşdirən olmadığı kimi. Hər halda təklif edilən yüksək qiymətlə alan yoxdur". Əkrəm Həsənov qeyd edib ki, Azərbaycanda son 20 ildə dövlət əmlakı maraqlı dövriyyə etdi: "Əvvəlcə, onun xeyli hissəsi ucuz qiymətlə özəlləşdirildi. Sonra ölkəyə neft pulları axdı və obyektlərin qiyməti sürətlə artdı. Həmin qiymətlərə əsaslanaraq banklar, ilk növbədə Beynəlxalq Bank milyardlarla kreditlər verdi. Bu kredit vəsaitlərinin əksər hissəsi xaricə axdı. İndi isə kreditlər geri tələb olunanda borclular artıq xeyli ucuzlaşmış, əvvəllər elə dövlətə məxsus olmuş və ya elə dövlətin kreditləri hesabına tikilmiş obyektləri qaytarır.Verilmiş kreditlər müqabilində bu obyektlərin qiyməti artıq qəpik-quruşdur. Onları normal qiymətə satmaq olmur. Həmçinin ona görə ki, ölkəyə pul yatırmaq istəyən yoxdur, istəyənin isə pulu yoxdur. Buna görə də dövlət həmin əmlakı idarə etməyə məcburdur. Yeni yaradılmış Korporasiyanın Əmlak Məsələləri Dövlət Komitəsindən və "Aqrarkredit"dən əsas fərqi də məhz budur ki, dövlət müvafiq əmlakı müvəqqəti özəlləşdirilənədək deyil, uzunmüddətli idarə edəcəyini gizlətmir. Mövcud şəraitdə bu, praqmatik qərardır. Müvəqqəti inzibatçılığa son qoyulmalı, dövlət əmlakının məsuliyyətli idarəedilməsinə başlanılmalıdır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31