İnkişaf etmiş ölkələrdə korrupsiya reytinqi hansı səviyyədədir?

Korrupsiya müasir dünyada bir çox dövlətlərin daxili probleminə çevrilməklə yanaşı, həm də beynəlxalq səviyyədə müşahidə edilən, paralel olaraq beynəlxalq səviyyədə mübarizənin aparılmasını tələb edən fenomendir. Güman etmək olar ki, bu sosial bəlanın tarixi bəlkə də insanın dünyaya ilk addım atmasından başlayır. Belə günmanlara əsas verən insan təbiətindəki uyğun özünügörmə instinktləridir ki, o, digərləri ilə mübarizədə qələbə əzminə arxalanır və əslində heç də mənfi olmayan bu keyfiyyətlər insanın daxilindən uyğun etik normalarla tənzimlənmirsə, nəticədə hansısa digər insan hüquqları pozulur, yaxud cəmiyyətə ziyan dəyir.

Sonuncu yeri KXDR, Somali və Əfqanıstan tutur
 

Korrupsiya müasir dünyada bir çox dövlətlərin daxili probleminə çevrilməklə yanaşı, həm də beynəlxalq səviyyədə müşahidə edilən, paralel olaraq beynəlxalq səviyyədə mübarizənin aparılmasını tələb edən fenomendir. Güman etmək olar ki, bu sosial bəlanın tarixi bəlkə də insanın dünyaya ilk addım atmasından başlayır. Belə günmanlara əsas verən insan təbiətindəki uyğun özünügörmə instinktləridir ki, o, digərləri ilə mübarizədə qələbə əzminə arxalanır və əslində heç də mənfi olmayan bu keyfiyyətlər insanın daxilindən uyğun etik normalarla tənzimlənmirsə, nəticədə hansısa digər insan hüquqları pozulur, yaxud cəmiyyətə ziyan dəyir. Bu gün müxtəlif mənbələrdə korrupsiya fenomeninə dair müxtəlif mülahizələr söylənilir. Bunların sırasında daha tez-tez səslənəni ondan ibarətdir ki, korrupsiyadan tam azad olan ölkə yoxdur. Əsas məsləə isə ona qarşı mütəmadi olaraq mübarizənin aparılmasıdır. Sirr deyil ki, Azərbaycanda da korrupsiyaya qarşı mübarizə aparılır və etiraf edilməlidir ki, ciddi nəticələr əldə edilib. Bu məqsdlə ölkədə "Korrupsiyaya qarşı mübarizə haqqında" qanun qəbul edilib. Sözügedən qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir. Bu Qanun, habelə dövlət orqanlarına əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır. Yeri gəlmişkən xatırladaq ki, korrupsiya - vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır. Korrupsiya-dövlətin hər hansı qurumunda çalışan və ona etibar edilərək verilmiş səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə etmə halları adlanır. Bu termin əsasən bürokratik aparat və siyasi elita ilə bağlı işlənir. Korrupsiya vəzifədə olanın vəzifə səlahiyyətlərindən istifadə edərək qanunları iqnor edib bu və ya başqa məsələni hansı bir cinayətkar qrupun xeyrinə həll etməsidir. Ona görə korrupsiya dedikdə ancaq və ancaq vəzifədə olanlardan söhbət gedir. Sadə camaatı, hətta cinayətkar biznesmeni korrupsioner adlandırmaq olmaz. Həmin biznesmen rüşvət cinayətinə aiddir. Başqa sözlə Korrupsiya - vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.
Maraqlıdır, bəs inkişaf etmiş ölkələrdə korrupsiya ilə bağlı vəziyyət necədir? Mütəxəssislərin qənaətinə görə korrupsiya demək olar ki, dünyada bütün sahələrin fəaliyyətinə sirayət edir. Rüşvətin müəyyən faizi məmurların vəzifələrinə olan xəyanətləri ilə bağlıdır. Rusiya Federasiyası DİN-nin statistik rəqəmlərinə görə, korrupsiyanın ümumi həddini 2 hissəyə bölünür: məmurların rüşvətxorluğu ümumi rüşvətxorluğun 20% təçkil edirsə, yerdə qalan 80% aşağı hissələrdə baş verən korrupsiyaya aiddir. Bu sırada hakimlər, müəllimlər, hüquq-mühafizə orqanalrının əməkdaşları durur. RF dünyada korrupsiyanın səviyyəsinə görə 127-ci yerdədir. Narahatlıq doğuran məsələ ondan ibarətdir ki, vətəndaşların dörddə bir hissəsi rüşvətxorluqda, rüşvət verməkdə, təklif etməkdə və vasitəçilikdə şəxsən maraqlı olurlar. Əhalinin müəyyən hissəsinin hüquqi dövlətin və vətəndaş cəmiyyətin prinsiplərinin qorunmasında iradə nümayiş etdirməməsi, ictimai nəzarətin təşkilində iştirakın olmaması korrupsiyaya şərait yaradan amillərdəndir.
Onu da qeyd edək ki, korrupsiya reytinq üzrə sonuncu yeri KXDR, Somali və Əfqanıstan tutur. Ən yaxşı göstəricisi Danimarka və Yeni Zellandiyaya şamil olunur. 107 ölkə üzrə 114 min insanlar arasında keçirilən sorğunun nəticəsinə görə dünyada hər dörd nəfərdən biri (114 min nəfərin 27%) heç olmasa bir dəfə rüşvət verməsini təsdiq etmişlər. Aparılan tədqiqat əsasında korrupsiyanın dünyada ciddi problem kimi qalması təsdiq edilmişdir. Ukrayna dövlətində ictimai rəyə əsasən Viktor Yanukoviçin prezident olduğu son illərdə korrupsiya görünməmiş həddə olmuşdur. Hər il 160 mlrd. qriven leqal dövriyyədən məmurların cibinə axırmış. Statistik xidmətin təhlilinə görə təkcə korrupsiya istiqaməti üzrə Ukrayna dövləti il ərzində 137 mlrd qriven itirərdi. Gömrük sahəsində olan sui-istifadələrə görə (2013-cü il ərzində) 40 mlrd qriven büdcədən kənar məmurların cibinə, Gömrükdə malların qeydiyyatı zamanı məbləğin yalnız 50% büdcəyə daxil olurdu, qalan hissə müəyyən şəxslərin sərəncamına keçirmiş. Torpaq sahələrinin icarəsi zamanı verilən rüşvətin məbləği 2013-cü ildə 4.7 mln qrivenə çatırdı. Vergi sahəsində korrupsiyanın məbləği 40 mlrd qriven təşkil edirdi. Deməli korrupsiya ilə mübarizə bir dövlətin coğrafiyasında yox hamılıqla, birləşmiş qaydada həyata keçirilməlidir ki, nəticəsi olsun. Çünki, bu, ümumibəşəri sosial bir problemdir.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31