Samir Şərifov: “Banklarda qorunan əmanətlər 2019-cu ilədək qaytarılacaq”

“Mən təkrar edirəm ki, əmanətlərin qaytarılması ilə bağlı biz dövlət büdcəsindən kifayət qədər vəsait ayırmışıq. Bu təkcə dövlət banklarında deyil, qeyri-dövlət banklarındakı əmanətçilərə də şamil olunur. 2019-cu ilədək dövlət təminat verib ki, əmanətlər qaytarılacaq. Söhbət yalnız qorunan əmanətlərdən gedir”.

"Mən təkrar edirəm ki, əmanətlərin qaytarılması ilə bağlı biz dövlət büdcəsindən kifayət qədər vəsait ayırmışıq. Bu təkcə dövlət banklarında deyil, qeyri-dövlət banklarındakı əmanətçilərə də şamil olunur. 2019-cu ilədək dövlət təminat verib ki, əmanətlər qaytarılacaq. Söhbət yalnız qorunan əmanətlərdən gedir". Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı millət vəkillərinin bank müştərilərinin hüquqularının qorunması ilə bağlı təklif və iradlarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bütün bank əmanətçilərinin hüquqları qorunur və onlar öz vəsaitlərini geri alır: "Əmanətlərin Sığortalanması Fondunu məhz ona görə yaratmışıq. Və bu qurum vasitəsi ilə qorunan əmanətlər üzrə bütün ödənişlər həyata keçirilib. Bu proses düz keçirilib və yaxud nöqsanlar olub məsələsi başqa bir mövzudur". Deputat Vahid Əhmədovun Əmanətlərin Sığortalanması Fondunun yoxlanılması təklifinə gəldikdə nazir deyib ki, Hesablama Palatası yoxlasın: "Bu normal haldır. Yoxlanıla bilər. Mən təkrar edirəm ki, əmanətlərin qaytarılması ilə bağlı biz dövlət büdcəsindən kifayət qədər vəsait ayırmışıq. Bu təkcə dövlət banklarında deyil, qeyri-dövlət banklarındakı əmanətçilərə də şamil olunur. 2019-cu ilədək dövlət təminat verib ki, əmanətlər qaytarılacaq. Söhbət yalnız qorunan əmanətlərdən gedir. Yəni, bu əmanətlərin faiz dərəcələri müəyyən edilmiş faizdən yüksək olmamalıdır. Əmanətlərin xarici və yaxud milli valyutada olmasına fərq qoyulmur. Yeganə məhdudiyyətlər həmin bankın inzibatçılarının, qohumlarının əmanətləri qorunmur. Və sair və ilaxır. Biz beynəlxalq praktikaya uyğun vətəndaşların maraqlarını qoruyuruq". S.Şərifov millət vəkili Zahid Orucun bütün pulların Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici borclarının ödənilməsinə yönəlməsi ilə bağlı fikirlərinə də münasibət bildirib. Bu fikirlə razılaşmayan nazir ABB-nin xarici borcu ilə bağlı məsələyə aydınlıq gətirib: "Burada söhbət ondan gedirdi ki, xarici kreditorlar qarşısında bankın öhdəlikləri yerinə yetirilməli idi. Əks təqdirdə bank defoltla üzləşə bilərdi. Defoltun mənfi nəticələri də aydındır. Belə olacağı təqdirdə, ilk növbədə bu banka qarşı ölkə daxilində xüsusi prosedur açılacaqdı. Bu prosedurda xeyli problemlər əmələ gələcəkdi. Bizim bu bankda şirkətlərin, müştərilərin maraqları təhlükə altına düşə bilərdi. Ona görə hesab edirəm ki, bununla bağlı dövlət tərəfindən düzgün addım atıldı. Yəni, dövlət bankın öhdəliklərini öz əhdəlikləri ilə əvəzlədi. Dövlət bankın öhdəliklərini üzərinə götürdü. Bunun nəticəsində bizim xarici borcumuz 2,4 milyard dollar civarında artırılıb. Lakin bununla biz o bankdan həmin o yükü götürdük və bu gün bankın reytinqləri yaxşılaşmağa doğru gedir. Biz bu təhlükəni bankın üzərindən götürdük və bank artıq sabit rejimdə, normal öz fəaliyyətini davam etdirə bilər. Bunun qiyməti dövlət borcunun artmasıdır. Dünya praktikasında başqa yol yoxdur".
Nazir əlavə edib ki, Azərbaycan hökuməti "Azərişıq" ASC və "Azərsu" ASC-nin maliyyə vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə elektrik enerjisi və su tariflərini artırmayacaq. Onun sözlərinə görə, bu addım əhalinin narazılığına səbəb ola və onların maliyyə vəziyyətini pisləşdirə bilər. Bu məqsədlə dövlət büdcəsində "Azərişıq" ASC-yə 55 milyon manat, "Azərsu" ASC-yə isə 22 milyon manat civarında subsidiya veriləcək: "Biz əhalinin vəzyyətini nəzərə almalıyıq. Çünki onların vəziyyəti tarif qiymətini qaldırmağa imkan vermir. Ona görə də biz kompromis bir variant taparaq, bu qurumlara büdcədən subsidiya verməyi planlaşdırırıq. Biz güzəştə getməliyik". S.Şərofov obu da bildirib ki, bu gün Azərbaycanda ali təhsil ocaqlarında təhsil haqqının azaldılması qeyri-realdır: " Deputat Zahid Oruc Türkiyədə təhsil haqqının 200 dollar olduğunu əsas gətirərək, Azərbaycanda da təhsil haqqlarının aşağı endirilməsini təklif edib. Mən Türkiyədə təhsil haqqının 200 dollardan başlamasını qeyri-real hesab edirəm. Bu ola bilməz. Əgər varsa, o zaman təhsil haqqının digər hissəsini kimlərsə ödəyir. O ki, qaldı Azərbaycanda təhsil haqqının aşağı endirilməsinə, bu, mümkün deyil. Əksinə Azərbaycan ali təhsil ocaq rəhbərləri təhsil haqqının qaldırılmasını təklif edirlər. Onlar bildirirlər ki, bu təhsil haqqı ilə təhsil ocağını saxlamaq qeyri-mümkündür".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31