Park Cinemada Tünzalə Ağayeva ilə ulduzlu nümayiş
Park Cinema kinoteatrlar şəbəkəsi və ADDIM Gənclər Təşkilatı Cinemaya Addımla layihəsinə yenidən start verdi. Kinoteatrlarda film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədi ilə həyata keçirilən “ParkCinemaya ADDIM-la” adlı layihəsinin yeni sezonda ilk qonağı əməkdar artist Tünzalə Ağayeva olub. Olaylar.az bildirir ki, layihə çərçivəsində müğənni gənclərlə bərabər rejissor Kennet Branın məhşur dedektiv yazar Aqata Kristinin eyni adlı əsərinin motivləri əsasında çəkdiyi " Şərq ekspresində qətl" filminə baxıblar. Nümayişdə media nümayəndələri, Addım Gənclər təşkilatının üzvləri və Tünzalənin fan klubunun fəal üzvləri iştirak ediblər.
7 Noyabr 2017 16:06 Teatr və kinoPark Cinema kinoteatrlar şəbəkəsi və ADDIM Gənclər Təşkilatı Cinemaya Addımla layihəsinə yenidən start verdi. Kinoteatrlarda film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədi ilə həyata keçirilən "ParkCinemaya ADDIM-la" adlı layihəsinin yeni sezonda ilk qonağı əməkdar artist Tünzalə Ağayeva olub.
Olaylar.az bildirir ki, layihə çərçivəsində müğənni gənclərlə bərabər rejissor Kennet Branın məhşur dedektiv yazar Aqata Kristinin eyni adlı əsərinin motivləri əsasında çəkdiyi " Şərq ekspresində qətl" filminə baxıblar. Nümayişdə media nümayəndələri, Addım Gənclər təşkilatının üzvləri və Tünzalənin fan klubunun fəal üzvləri iştirak ediblər.
Tədbirin əvvəlində ADDIM Gənclər Təşkilatının yaradıcısı Hüseyn Cavadzadə çıxış edərək məhz gənclərin istəyi ilə layihəyə dəvət olunan əməkdar artistin layihədə iştirakını alqışlayıb. Daha sonra xüsusi təntənə ilə səhnəyə dəvət olunan Tünzalə qonaqlarla birlikdə canlı olaraq " Bəhanə Gəzirəm" adlanan sonuncu mahnısını ifa edib.
Qeyd edək ki, filmdə Kennet Brana, Mişel Pfayfer, Djonni Dep, Djudi Dench,Penelopa Krus və başqa məhşur ulduzlar rol alıblar.