Zahid Oruc: “AZAL-ın fəaliyyəti turizmin inkişafına ziyan vurur”
AZAL-ın fəaliyyəti Azərbaycanda turizmin inkişafına ziyan vurur. Məlumata görə, bunu deputat Zahid Oruc parlamentdə komitələrin birgə iclasında 2018-ci ilin büdcəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, bu gün AZAL-ın texniki parkı çox yüksək səviyyədə qurulsa da, işini düzgün qura bilməyib: “AZAL-ın reyslərinin, onun dövriyyəsinin artmasına baxmayaraq, hələ də bu qurumun 650 milyon dollar borcu var.
7 Noyabr 2017 16:10 SosialAZAL-ın fəaliyyəti Azərbaycanda turizmin inkişafına ziyan vurur. Məlumata görə, bunu deputat Zahid Oruc parlamentdə komitələrin birgə iclasında 2018-ci ilin büdcəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, bu gün AZAL-ın texniki parkı çox yüksək səviyyədə qurulsa da, işini düzgün qura bilməyib: "AZAL-ın reyslərinin, onun dövriyyəsinin artmasına baxmayaraq, hələ də bu qurumun 650 milyon dollar borcu var. Hələ mən AZAl-ın biletinin qiymətindən danışmıram". O əlavə edib ki, əgər bir turist hansısa ölkəyə gedəndə vəsaitinin 70 fazini nəqliyyata və qalmağa xərcləyəcəksə, o, bir daha həmin ölkəyə səfər etməyəcək: "O baxımdan AZAL-ın fəaliyyəti ölkədə turizmin inkişafına maneçilik törədir".