Azərbaycan artıq neftdən asılı olmayan bir ölkə kimi inkişaf edir

“Azərbaycan artıq neftdən asılı olmayan bir ölkə kimi inkişaf edir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev səsləndirib.

"Azərbaycan artıq neftdən asılı olmayan bir ölkə kimi inkişaf edir". "OLAYLAR"-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev səsləndirib. O, bildirib ki, Azərbaycanda neftdən asılılığın aradan qaldırılması müşahidə edilir: "Dövlətimizin başçısının qeyri-neft sektorunun əsas dörd istiqaməti üzrə - kənd təsərrüfatı, turizm, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları istiqamətində qarşıya qoyduğu vəzifələr müvafiq qurumlar tərəfindən həyata keçirilir. Bildiyiniz kimi ötən doqquz ay ərzində Azərbaycanın ümumi daxili məhsulu 2,4 faiz artıb. Digər sahələrdə, xüsusilə kənd təsərrüfatı, sənaye sahələrində də artım var. Bütün bunlar onu göstərir ki, Azərbaycanın hərtərəfli inkişafı təmin edilib. İxrac potensialının artırılması yönündə görülən işlər real nəticələr verməkdədir. Azərbaycana kənd təsərrüfatı sektorundan ixrac nəticəsində milyonlarla dollar valyuta daxil olub. Hesab edirəm ki, gələn il uğurlarımız daha çox olacaq. Təsadüfi deyil ki, beynəlxalq reytinqlər də Azərbaycanın vəziyyətinin yaxşı olduğunu göstərir və ölkəmiz daha yüksək yerlər tutmaqda davam edir. Bu, onu göstərir ki, Azərbaycan iqtisadiyyatı harmonik inkişaf edir və şaxələnmiş iqtisadiyyatdır. Bu da ölkədə balanslaşdırılmış siyasətin aparılmasının bariz nümunəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31