Azərbaycanla İsveç parlamenti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Parlamentinin Birinci vitse-spikeri xanım Eva Thalen Finne ilə görüşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycanla İsveç parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları haqqında fikir mübadiləsi aparıldı.

Xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Parlamentinin Birinci vitse-spikeri xanım Eva Thalen Finne ilə görüşüb. XİN-dən "Olaylar"a verilən məlumata görə, görüşdə Azərbaycanla İsveç parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları haqqında fikir mübadiləsi aparıldı. Bu xüsusda, parlament diplomatiyasının və parlament nümayəndə heyətlərinin qarşılıqlı mübadiləsinin ikitərəfli münasibətlərin inkişafında mühüm rola malik olduğu bildirildi. 2017-ci ilin Azərbaycan və İsveç arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdar olduğu qeyd olundu və bu müddət ərzində ölkələrimiz arasında dostluq və qarşılıqlı anlaşmaya əsaslanan siyasi dialoqun formalaşdığı vurğulandı. Elmar Məmmədyarov Azərbaycanın regionda rolu, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı nəqliyyat-infrastruktur və enerji layihələri barədə həmsöhbətə məlumat verərək Cənubi Asiya ilə Şimali Avropanı birləşdirən Şimal-Cənub dəmir-yol xəttindən İsveçin də faydalana biləcəyini diqqətə çatdırdı. İqtisadi münasibətlərə gəldikdə isə tərəflər İsveç şirkətlərinin Azərbaycanda fəaliyyəti təqdir edərək qarşılıqlı sərmayələrin artırılmasının vacibliyini qeyd etdilər. Tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması üçün geniş potensialın olduğunu vurğuladılar. Görüşdə Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqun təşviqində oynadığı roluna da toxunuldu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31