Yıldırımla ABŞ-ın vitse-prezidenti arasında görüş təxirə salındı

Türkiyənin baş naziri Binəli Yıldırımın ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşü noyabrın 9-a keçirilib. Bu barədə qərar B.Yıldırım bu gün ABŞ-a səfər etdikdən sonra verilib. Bu gün baş tutmalı olan görüşün təxirə salınmasının səbəbləri barədə məlumat verilməyib.

Qeyd edək ki, Türkiyənin baş naziri B.Yıldırım bu gün ABŞ-a rəsmi səfərə gəlib. B.Yıldırımın Vaşinqtonda regional məsələləri, eləcə də iki ölkə arasında viza böhranını müzakirə edəcəyi bildirilir. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31