Gündəm
Oliqarxlar toparlandı: Sarkisyana qarşı kompramatlar...
Erməni oliqarxları Ermənistan Respublika Partiyasının prezidentliyə namizədi Armen Sərkisyana qarşı çıxıblar. Bu barədə informasiyanı “Jamanak” qəzeti yayıb. “Bir çox erməni oliqarx ölkə bazarında Armen Sərkisyanın simasında yeni rəqibin peyda olacağından qorxur. Onlar əmindirlər ki, Sərkisyan bir neçə biznes sferasını ələ keçirməyi planlaşdırır. Böyük ehtimalla yaxın gələcəkdə oliqarxlar Armen Sərkisyanın prezidentlikdən imtinasına gətirib çıxaracaq yeni informasiyalar yayacaqlar”, – deyə məqalədə bildirilib.
Kaspi Liseyində şagirdlər arasında beynəlxalq olimpiada keçirilib FOTOLAR
Bu gün Kaspi Liseyinin ev sahibliyi ilə Dünya Alimlər Kubokunun (The World Scholar’s Cup) Bakı raundunun rəsmi açılış mərasimi keçirilib. Məlumata görə, turnirdə Azərbaycandan olan komandalarla (TİSA, Baku Oxford School, Avropa Azərbaycan Məktəbi, ABC (Azerbaijan British College), Zərifə Əliyeva adına Lisey, Kaspi Liseyi - Ağ şəhər və Bakıxanov filialları, 23 nömrəli məktəb və digər özəl və dövlət məktəbləri ilə yanaşı, Qafqazın müxtəlif regionlarının aparıcı təhsil qurumlarından olan komandalar iştirak ediblər. Beynəlxalq olimpiadaya 200-ə yaxın şagird qatılıb.
“Jurnalistin səhv xəbər yazdığı halda belə, təhqirə məruz qalması yolverilməzdir”
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov “AAAF Holdinq” MMC-nin təsisiçisi Tofiq Heydərovun “Unikal.Org” saytının jurnalisti Aygün İlqarqızını təhqir etməsi məsələsinə münasibət bildirib.
Azərbaycan prezidenti BP-nin baş icraçı direktoru ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyev Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətindən verilən məlumatda deyilir.
ABŞ Rusiyaya qarşı yeni nüvə bombası hazırlayır
ABŞ Nüvə Təhlükəsizliyi Milli İdarəsi yeni nüvə döyüş başlıqlarının yaradılması proqramına başlayıb. Bunu “Defens Nyus”a müsahibəsində idarənin rəhbəri Frenk Klots söyləyib. Onun sözlərinı görə, yeni nüvə başlıqları sualtı gəmilərdəki ballistik raketlər üçün nəzərdə tutulub. Bu başlıqların daha az təsir imkanları olacağı vurğulanıb. Klots həmçinin B61-12 bombardmançılarının bombalarının, eləcə W80-4 qanadlı raketlərinin döyüş başlıqlarının modernləşdiriləcəyini bildirib.
Afrin əməliyyatları daha 2 türk əsgərini yaraladı
Türkiyənin Afrində keçirdiyi əməliyyatlar zamanı daha 2 hərbçisi yaralanıb. Məlumata görə, yaralıların Suriya ilə sərhəddə Hatay vilayətində xəstəxanaya yerləşdirildiyi bildirilib. Yaralıların vəziyyəti barədə məlumat verilməyib.
Polşa təmsilçisi "Sumqayıt"la mübarizədən imtina etdi
Türkiyənin Antalya bölgəsində hazırlıq keçən “Sumqayıt”ın Polşa təmsilçisi "Poqon"la yoxlama görüşü baş tutmayacaq. Polşa klubu öncədən planlaşdırılmış matçdan imtina edib. Buna görə "Sumqayıt" Rumıniya təmsilçisi “Konkordiya” ilə qarşılaşacaq. Görüş sabah Bakı vaxtı ilə 17:00-da başlayacaq. Qarşılaşma “The Sense De Luxe” otelinin stadionunda keçiriləcək.
Ətə olan tələbatımız dünyada təhlükə yaradır- ARAŞDIRMA
Vegetarianlığın geniş yayılmasına baxmayaraq 2050-ci ilə qədər dünyada ət istehsalı 50%-dən çox artacaq. Heyvan və iqlim müdafiəçiləri vəziyyətlə bağlı həyəcan siqnalı çalmasına baxmayaraq, onların problemin həlli ilə bağlı fikirləri fərqlidir.
Ərdoğandan SƏRT BƏYANAT
“Biz əslində kimin harada dayandığını çox yaxşı bilirik. İŞİD bəhanəsi ilə Afrini terror dəhlizinə təslim etmək istəyənlər indi İŞİD-lə birlikdə açıq şəkildə döyüşürlər”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında 44-cü muxtarlar toplantısında deyib. PYD və İŞİD-in bir medalyonun iki üzü olduğunu deyən Ərdoğan bölgənin İŞİD-dən təmizlənməsinə baxmayaraq, Türkiyəyə sığınan yüz minlərlə insanın evlərinə qayıtmadığını bildirib.
Ermənistanı bu təhlükə gözləyir
Ermənistan hakimiyyəti biznes dostlarına vergiləri ödəməməyə və gəlirləri ofşorlarda gizlətməyə kömək edir, dövlət büdcəsi isə faktiki olaraq əhalinin hesabına doldurulur. Bunu müsahibəsində ukraynalı ekspert Aleksandr Oxrimenko deyib.
AŞ PA sessiyasında "Qarabağ"dan danışdılar: Klub erməni işğalı səbəbindən rəqiblərini Ağdamda qəbul edə bilmir
Azərbaycanı, o cümlədən Ağdam şəhərini təmsil edən "Qarabağ" futbol klubu İngiltərə, İspaniya və İtaliyadan olan rəqiblərini doğma meydanında qəbul edə bilmədi. Buna səbəb Ağdamın hələ də erməni silahlılarının işğalı altına qalmasıdır.
"Prezidentin Forumda iştirakı ölkəmizin qlobal iqtisadi münasibətlərdə əhəmiyyətli rol oynadığını göstərir"
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunda iştirak və çıxış etməsi bir tərəfdən Azərbaycanın qlobal iqtisadi münasibətlərində əhəmiyyətli rol oynadığını, digər tərəfdən isə bizim ölkənin dünyada baş verən iqtisadi və geostrateji prosseslərin müzakirəsində iştirak etməsi imkanını yaradır". Bu fikirləri iqtisadçı ekspert Emin Əliyev deyib.
Fransa prezidenti: “Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb”
“Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb". Məlumata görə, bunu Fransa prezidenti Emmanuel Makron Ermənistan rəhbəri Serj Sarkisyan ilə görüşü zamanı deyib.
"Azərbaycanın reytinqdə irəliləməsi gerçəklikləri əks etdirir”
“Azərbaycan reytinqdə beş pillə irəlidə olması Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə yürüdülən və müsbət nəticələr verən dərin, geniş islahatlar siyasətinin yekununda yaranmış gerçəklikləri əks etdirir”. Bunu millət vəkili Musa Qasımlı deyib.














