Moldova Ukrayna və Rumıniya ilə dron izləmə sistemlərinin alınmasını müzakirə edir- ÖZƏL

Moldova, hakimiyyət orqanlarının məlumatına görə, vaxtaşırı ölkənin hava məkanını pozan dronları ələ keçirmək üçün sistemlərin alınmasını Ukrayna və Rumıniya ilə müzakirə edir. Olaylar.az xəbər verir ki, bu barədə Parlamentin sədri və hakim Fəaliyyət və Həmrəylik Partiyasının lideri İqor Qrosu jurnalistlərlə söhbətində bildirib.
Qrosu bildirib ki, "Biz tərəfdaşlarımız və qonşularımızla intensiv müzakirələr aparırıq və daha sürətli həllərə çatmaq istəyirik. Məsələn, bizdən daha çox resurs və imkanlara malik Rumıniya və Ukrayna ilə əməkdaşlıqdan danışırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31