“Ərdoğanın mesajı İsrailə ciddi xəbərdarlıqdır”- Politoloqdan Açıqlama - ÖZƏL

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin regionda təcrid edilməsinə yönəlmiş addımlara seyrçi qalmayacağını bildirib. O, Ankaranın təmkinli mövqeyinin zəiflik kimi qəbul edilməməli olduğunu vurğulayıb.
Ərdoğan Türkiyənin heç bir ölkə, din və ya mədəniyyətə qarşı olmadığını, lakin qanunsuzluq, ədalətsizlik və zülmə qarşı çıxacağını deyib. Prezident həmçinin Türkiyənin regionda sülh və sabitliyin təmin olunması istiqamətində səylərinin qarşısının alınmasına imkan verməyəcəklərini bildirib.

Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:

" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin regionda təcrid edilməsinə yönəlmiş addımlara seyrçi qalmayacağını bildirməsi ciddi mesajdır. O, Ankaranın təmkinli mövqeyinin zəiflik kimi qəbul edilməməli olduğunu vurğulamaqla bəzi dövlətlərə xəbərdarlıq edib. Ərdoğan Türkiyənin heç bir ölkə, din və ya mədəniyyətə qarşı olmadığını, lakin qanunsuzluq, ədalətsizlik və zülmə qarşı çıxacağını deməklə İsrailə ciddi mesaj verib. Prezident həmçinin Türkiyənin regionda sülh və sabitliyin təmin olunması istiqamətində səylərinin qarşısının alınmasına imkan verməyəcəklərini bildirməklə də Suriya, Livan, İraq kimi ölkələrdə də təsirini qoruyacağını bəyan etmiş olub. Türkiyənin regionda artan fəallığı və İsraillə bağlı sərt mövqeyi Ankara ilə digər regional və qlobal aktorlar arasında münasibətlərə də təsir göstərəcək. Bu bəyanat Yaxın Şərqdə formalaşan yeni geosiyasi reallıqların və kəskinləşən regional rəqabətin birbaşa təzahürüdür. Onu da demək lazımdır ki, regionda xüsusilə İran ətrafında alovlanan münaqişə və ABŞ-İsrail oxunun hərbi-siyasi fəallığı Ankaranı ciddi narahat edir. Ərdoğan çıxışında ABŞ və İran arasında vasitəçilik edilən "İslamabad razılaşmasının" İsrail tərəfindən sabotaj edildiyini də bəyan etmişdi. Ərdoğanın bu bəyanatını belə qiymətləndirmək olar ki, Türkiyə regionun bir "od dənizinə" çevrilməsinə və müharibənin onun sərhədlərinə sıçramasına mane olmaq üçün "mühasirəyə alınma" chdlərinə sərt reaksiya verir.  Ümumiyyətlə hazırda Yaxın Şərqdə proseslər gərgin hal alır. Hazırda Yəməndə İranın vəkil qüvvəsi Husilərlə hökumət qüvvələri arasında savaş başlayıb. Türkiyənin bu mesajı artan gərginliyin istiqamətlərini müəyyən etmək baxımından da önəmlidir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31