Oliqarxlar toparlandı: Sarkisyana qarşı kompramatlar...
Erməni oliqarxları Ermənistan Respublika Partiyasının prezidentliyə namizədi Armen Sərkisyana qarşı çıxıblar. Bu barədə informasiyanı “Jamanak” qəzeti yayıb. “Bir çox erməni oliqarx ölkə bazarında Armen Sərkisyanın simasında yeni rəqibin peyda olacağından qorxur. Onlar əmindirlər ki, Sərkisyan bir neçə biznes sferasını ələ keçirməyi planlaşdırır. Böyük ehtimalla yaxın gələcəkdə oliqarxlar Armen Sərkisyanın prezidentlikdən imtinasına gətirib çıxaracaq yeni informasiyalar yayacaqlar”, – deyə məqalədə bildirilib.
24 Yanvar 2018 15:42 DünyaErməni oliqarxları Ermənistan Respublika Partiyasının prezidentliyə namizədi Armen Sərkisyana qarşı çıxıblar. Bu barədə informasiyanı "Jamanak" qəzeti yayıb. "Bir çox erməni oliqarx ölkə bazarında Armen Sarkisyanın simasında yeni rəqibin peyda olacağından qorxur. Onlar əmindirlər ki, Sarkisyan bir neçə biznes sferasını ələ keçirməyi planlaşdırır. Böyük ehtimalla yaxın gələcəkdə oliqarxlar Armen Sarkisyanın prezidentlikdən imtinasına gətirib çıxaracaq yeni informasiyalar yayacaqlar", - deyə məqalədə bildirilib.
Qeyd edək ki, Armen Sarkisyanın namizədliyi bir müddət öncə hazırkı prezident Serj Sərkisyan tərəfindən irəli sürülüb. Axar.az