Gündəm
Telli şaqqanaq çəkib güldü: efiri tərk etmək məcburiyyətində qaldı - VİDEO
Dünən "5/5"in qonağı olan aşıq Tellinin efirdə şaqqanaq çəkib gülməyi canlı yayıma damğa vurub. Zaur veriliş üçün xüsusi olaraq Amaniyadan gətirdikləri aparat barədə qonaqlarına məlumat verib. İnsanın xarakterini təyin edən aparata əlini qoymayacağını deyən Telli Teymur əminin "Telli, gəl ikimiz də qoyaq" sözləri qarşısında özünü gülməkdən saxlaya bilməyib.
Sərxoş kişinin başı dəmir barmaqlıların arasında qaldı - VİDEO
Çində qəribə hadisə baş verib. Çinin Harbin şəhərindəki polis idarəsinin nəzarət kamerasına salınan sərxoş kişi başını dəmir barmaqlıqların arasına salıb, sonra da çıxara bilməyib. Polisin verdiyi məlumata görə o, sərxoş halda avtomobil idarə etdiyinə görə saxlanılıb.
Türkmənistan səfiri: "Bu il əlaqələri inkişaf etdirmək üçün böyük planlar var"
"Türkmənistan və Azərbaycan arasında əlaqələr bütün sahələrdə çox yüksək səviyyədədir və bu əlaqələr güclənməkdə davam edir". Məlumata görə, bu sözləri keçirdiyi mətbuat konfransında Türkmənistanın Azərbaycandakı səfiri Məkan İmankuliyev deyib. O bildirib ki, Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedovun Azərbaycana səfəri və imzalanan sənədlər paketi bu əlaqələrin daha da inkişafı üçün böyük stimul olub: "Bu il üçün əlaqələri inkişaf etdirmək üçün böyük plan və perspektivlər var. Əlaqələrimizdə müsbət dinamika hiss olunur".
Paytaxt məktəblərinə işə qəbul imtahanı başlayır
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə, o cümlədən BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul üzrə elan edilmiş müsabiqələrin test imtahanı mərhələsinin vaxtı və yeri dəqiqləşib. “OLAYLAR” xəbər verir ki, imtahanlar 29-30 yanvar 2018-ci il tarixlərində Bakı şəhəri 220 nömrəli məktəb-liseyin (ünvan: Nizami rayonu, Elşən Süleymanov 120 A, “Neftçilər” metrostansiyasının yaxınlığı) inzibati binasında təşkil olunacaq. I mərhələnin (elektron ərizələrdə qeyd olunmuş məlumatlar əsasında müraciət etmiş şəxsin müvafiq vəzifə üzrə müsabiqədə iştirak üçün uyğunluğunun yoxlanılması) yekunu barədə məlumatlar qeydiyyatdan keçmiş namizədlərin şəxsi səhifələrinə göndərilib.
24 yaşlı oğlan 8 qız uşağını zorlayıb, öldürüb
Zorlanaraq öldürülən 7 yaşlı Zeynəbin və başqa 7 qız uşağının qətlində şübhəli bilinən şəxs saxlanılıb. Uzun müddətdir axtarışda olan, tapılmadığına görə ölkədə etiraz aksiyalarının keçirilməsinə səbəb olan şübhəlinin adı Məhəmməd İmrandır. Onun 24 yaşı var. O, Zeynəbi zorlayıb öldürdüyü Kasur vilayətində saxlanılıb.
“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır”
"Türkiyə ordusunun Suriyada antiterror əməliyyatlarına başlaması qardaş ölkənin haqqıdır və beynəlxalq hüquq normalarına uyğundur”. Bu fikirləri Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun Prezidenti, Avropa Azərbaycanlıları Konqresinin Birinci Vitse-Prezidenti Füzuli Məmmədov səsləndirib.
Azərbaycanlı jurnalistlərə Nyu-Yorkda təcrübə keçmək fürsəti
Jurnalistlər üçün Daq Hammarskold Fondu (The Dag Hammarskjöld Fund for Journalists) radio, televiziya, eləcə də çap və onlayn mediada çalışan peşəkarlar üçün üç aylıq təcrübə proqramı ilə əlaqədar müsabiqə elan edir. Bu barədə məlumat “OLAYLAR”-a BMT-nin Bakı ofisinin İnformasiya Departamentindən daxil olub. Bildirilib ki, təcrübə proqramında yaşı 25-dən 35-ə kimi olan jurnalistlər iştirak edə bilər.
Əlilliyin yeni meyarları müəyyən edilir
Azərbaycanda əlilliyin müəyyən edilməsi ilə bağlı tələblər müəyyənləşib. Bu barədə yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində qeyd edilib.Yeni qanun layihəsinin 3-cü maddəsində (Əlilliyin müəyyən edilməsi) göstərilib ki, şəxsin əlilliyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.
Tarix bu ali fərqi heç vaxt unutmayacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos forumu çərçivəsində mühüm görüşlər keçirir, dünyanın aparıcı şirkətlərinin rəhbərləri, ayrı-ayrı ölkələrin rəsmiləri ilə fikir mübadiləsi aparır.
Azərbaycana qarşı daha hansı ssenarilər hazırlanır?
Zaman-zaman Azərbaycanı istəməyən xarici qüvvələr ölkəmizə qarşı qərəzli mövqelərini ortaya qoyublar. Maraqlı məqam ondan ibarətdir ki, ölkəmizdə gedən sosial-iqtisadi inkişfı, həyata keçirilən siyasi, iqtisadi islahatları, demokratik prosesləri görmək istəməyən anti-Azərbaycan qüvvələri beynəlxalq təşkilatlar vasitəsilə saxta hesabatlar ərsəyə gətirilər.
Azərbaycanlıların soyqırımı dünya ictimaiyyətinə necə çatdırılmalıdır?
Məlum olduğu kimi 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
"Sarkisyanın çıxışı bir çox problemlər yaradacaq"
“Hesab edirəm ki, Ermənistan prezidenti Serj Sarkisyanın Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasındakı çıxışı onun üçün bir çox problemlər yaradacaq”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
GUAM-ın perspektivi artır
Azərbaycanın da təmsil olunduğu GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) təşkilatının fəaliyyətində onun təsis olunması ərəfəsində müşahidə edilən aktivlik artıq nəzərə çarpmaqdadır. Xüsusilə, GUAM-a üzv ölkələrin xarici işlər nazirləri şurasının Tbilisi toplantısından keçən müddət ərzində təşkilatda bu aktivlik özünü büruzə verir.
Əflatun Amaşov jurnalistlərin ölümü ilə bağlı başsağlığı verdi: “Həmkar itirmək çox ağırdır”
“Müəyyən mənada şablon kimi səslənən bir deyim var – həmkar itirmək çox ağırdır. İtirdiyin həmkar jurnalistdirsə, zənnimcə, ağırlıq daha da artıq olur”. Bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanın iki jurnalisti – Nicat Məlikov və Ülviyyə Şamilqızının (Məmmədova) vəfatı ilə əlaqədar yazdığı başsağlığında bildirib.
Türkiyənin işi haqq işidir
Bu günlər bütün dünya demək olar ki, Türkiyənin Suriyada həyata keçirdiyi antiterror əməliyyatından danışır. Buna görə Türkiyəni haqlı sayanlar da var, ona qarşı çıxanlar da. Ancaq qəribəsi odur ki, Türkiyənin Suriyada həyata keçirdiyi antiterror əməliyyatına qarşı çıxan dövlətlər zaman-zaman beynəlxalq terrorizmə qarşı mübarizə aparılmasının zəruriliyini vurğulayanlardır.














