"Sarkisyanın çıxışı bir çox problemlər yaradacaq"
“Hesab edirəm ki, Ermənistan prezidenti Serj Sarkisyanın Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasındakı çıxışı onun üçün bir çox problemlər yaradacaq”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
24 Yanvar 2018 14:35 Siyasət"Hesab edirəm ki, Ermənistan prezidenti Serj Sarkisyanın Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasındakı çıxışı onun üçün bir çox problemlər yaradacaq". Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, ilk növbədə Sarkisyanın 10 illik prezidentliyi Ermənistana hər hansı bir inkişafa və problemin həllinə gətirib çıxarmadı: "Eyni zamanda 1992-ci ildə Xocalı faciəsinin törədilməsində birbaşa iştirakı da onun əleyhinə işləyəcək. Azərbaycanlı deputatlar artıq Sarkisyana suallara yazılıblar və suallar onun cavab verməsi üçün böyük çətinliklər yaradacaq. Bununla belə digər nümayəndə heyətinin üzvləri də Ermənistan prezidentindən qeyri-konstruktiv siyasət aparmağını, öz hakimiyyətini uzatması üçün Konstitusiyanı kökündən dəyişməyini, eyni zamanda apardığı siyasət nəticəsində erməni əhalisinin durmadan Ermənistandan köçməsinin səbəblərini soruşacaqlar. Biz bu gün axşam artıq Sarkisyanın nə cür çətinliyə düşməsi barədə məlumat əldə edəcəyik.
Ümumən götürdükdə bu gün tək Sarkisyan deyil, Ermənistanın rəsmi hakimiyyətinin nümayəndələrinin hər hansı bir auditoriya qarşısında çıxışı etirazlara, kəskin suallara, onların özlərinin səsləndirdiyi fikirlərin özlərini çətin situasiyaya salması ilə nəticələnir". sia.az