Azərbaycanlı jurnalistlərə Nyu-Yorkda təcrübə keçmək fürsəti

Jurnalistlər üçün Daq Hammarskold Fondu (The Dag Hammarskjöld Fund for Journalists) radio, televiziya, eləcə də çap və onlayn mediada çalışan peşəkarlar üçün üç aylıq təcrübə proqramı ilə əlaqədar müsabiqə elan edir. Bu barədə məlumat “OLAYLAR”-a BMT-nin Bakı ofisinin İnformasiya Departamentindən daxil olub. Bildirilib ki, təcrübə proqramında yaşı 25-dən 35-ə kimi olan jurnalistlər iştirak edə bilər.

Jurnalistlər üçün Daq Hammarskold Fondu (The Dag Hammarskjöld Fund for Journalists) radio, televiziya, eləcə də çap və onlayn mediada çalışan peşəkarlar üçün üç aylıq təcrübə proqramı ilə əlaqədar müsabiqə elan edir. Bu barədə məlumat "OLAYLAR"-a BMT-nin Bakı ofisinin İnformasiya Departamentindən daxil olub. Bildirilib ki, təcrübə proqramında yaşı 25-dən 35-ə kimi olan jurnalistlər iştirak edə bilər.

Təcrübə proqramı Nyu York şəhərində 2018-ci ilin sentyabr-noyabr aylarında baş tutacaq. Seçilmiş jurnalistlər BMT-nin Baş Assambleyasının 73-cü sessiyasını işıqlandırmaq imkanı əldə edəcək. Bütün xərclər qarşılanır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31