Tarix bu ali fərqi heç vaxt unutmayacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos forumu çərçivəsində mühüm görüşlər keçirir, dünyanın aparıcı şirkətlərinin rəhbərləri, ayrı-ayrı ölkələrin rəsmiləri ilə fikir mübadiləsi aparır.
24 Yanvar 2018 14:39 SosialAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos forumu çərçivəsində mühüm görüşlər keçirir, dünyanın aparıcı şirkətlərinin rəhbərləri, ayrı-ayrı ölkələrin rəsmiləri ilə fikir mübadiləsi aparır. "OLAYLAR"-ın xəbərinə görə, dövlət başçısının Davosda keçirdiyi önəmıli görüşlər barədə fikirlərini bildirən Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva qeyd edib ki, müxalifətin utanmadan, çəkinmədən öz xeyirlərinə şəhid qanı üzərində oynadığı, manipulyasiya etdikləri bir vaxtda cənab Prezident İlham Əliyev Davosda dünya iqtisadiyyatını formalaşdıran siyasilərə "Bakı-Tbilisi-Qars dəmir yolu xətti regionun nəqliyyat xəritəsini dəyişdi. Bu, hazırda Çindən Avropaya kimi ən qısa yoldur. Əvvəl olduğu kimi 30-35 gün əvəzinə hazırda bu yola iki həftə sərf olunur" - deməklə, ölkəmizin daha da inkişaf etməsinə, güclənməsinə və regiondakı lider mövqeyinin qorunub saxlanmasına yönəlik danışıqlar aparır, xalqına xidmət göstərir. Aytac Əliyeva qeyd edib ki, tarix bu ali fərqi heç vaxt unutmayacaq.