YAP avanqard siyasi qüvvə olduğunu sübuta yetirib- ÖZƏL

"Bu gün dünyada müstəqil, nüfuzlu, qüdrətli və qalib ölkə kimi tanınan müasir Azərbaycanın möhtəşəm uğurlarında siyasi sistemin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının mühüm rolu və payı var". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini  Azər Badamov bildirib: "Ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasına cəmiyyətdə göstərilən yüksək etimad onun ölkənin ictimai-siyasi həyatındakı mövqeyini daha da möhkəmləndirir. Eyni zamanda, YAP ölkədə keçirilən bütün seçkilərdə inamlı qələbələr qazanaraq siyasi həyatda avanqard qüvvə olduğunu sübuta yetirib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31