Azərbaycanlıların soyqırımı dünya ictimaiyyətinə necə çatdırılmalıdır?

Məlum olduğu kimi 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

Keçiriləcək tədbirlər daha çox xarici auditoriyaya hesablanmalıdır

Məlum olduğu kimi 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
Bu günlərdə prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etməlidir. Sərəncamda həmçinin Milli Məclisə də soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilir. Mİllt vəkili Fazil Mustafa bildirib ki, prezidentin bu sərəncamı Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı imzalanmış sərəncamın məntiqi davamıdır. Bu həm də o deməkdir ki, dövlət səviyyəsində gərəkən vacib addım atılıb. İndi qalır, prezidentin sərəncamda tövsiyə etdiklərinin həyata keçirilməsi. Necə etməliyik ki, azərbaycanlıların soyqırımı haqqında dünya ictimaiyyəti, beynəlxalq aləm daha dolğun şəkildə məlumatlandırılsın: "Soyqırım abidəsi və soyqırım muzeyi yaradılması zərurətini ölkə ziyalıları zaman-zaman səsləndiriblər. 20 Yanvar - ümumxalq hüzn günündə xalqımızın üz tutacağı ünvan bəllidir: Şəhidlər Xiyabanı. Xocalı faciəsində də "Xocalı abidəsi" ziyarət olunur. 31 martla bağlı isə gediləcək ünvan təkcə Quba soyqırım məzarlıq-kompleksidir. Halbuki 1918-ci ildə Azərbaycan türklərinə, həmçinin Azərbaycanda yaşayan digər xalqların nümayəndələrinə qarşı aparılmış soyqırım təkcə Qubanı deyil, bütün ölkəni əhatə edib. Bakı, Şamaxı, Qarabağ, Şəki, Zəngəzur... Erməni daşnakları vəhşi əməllərini bütün ölkə boyu həyata keçiriblər. 1990-cı illərin əvvəllərində isə eyni vəhşilik, azərbaycanlılara qarşı soyqırım siyasəti yenə təkrarlanıb. Xocalı faciəsi yeganə deyil. Erməni silahlıları Kərkicahanda, Qarakənddə, Bağanıs-Ayrımda, Kəlbəcərdə də misli görünməmiş vəhşiliklər, soyqırım törədiblər. Mərhum şair Akif Səmədin hələ 90-cı illərdə Bağanıs-Ayrım faciəsinin qurbanlarının fotolarını əlində gəzdirdiyi və o zaman Azərbaycan Pedaqoji Universitetinin mətbu orqanı olan "Gənc müəllim" qəzetində nəşr etdiyi bu gün də gözümün önündədir.Təəssüf ki, bu faciələrimizin tarixi sübutu olacaq nə soyqırım muzeyi, nə də soyqırım qurbanlarının xatirəsinə abidələr yoxdur. Halbuki, bütün bu soyqırım aktları ilə bağlı kifayət qədər arxiv sənədləri, fotoşəkillər, şahid ifadələri mövcuddur. Bunların hamısını bir yerə cəm edib, soyqırım muzeyi yaratmaq və soyqırım abidələri ucaltmaq da mümkündür. Niyə yalnız Bakıdakı Şəhidlər Xiyabanı və "Xocalı abidəsi" ilə məhdudlaşmalıyıq? Məhz Prezidentin müvafiq sərəncamından çıxış edərək xalqımıza qarşı törədilmiş soyqırım aktlarının beynəlxalq aləmə çatdırılması üçün həm muzey yaratmaq, həm də xatirə abidələri ucaltmaq olar. Buna ehtiyacımız var". Millət vəkili bildirib ki, prezidentin bu sərəncamı vaxtında verilmiş qərardır: "Bu sərəncam Azərbaycanın ümumi strateji siyasətinə tamamilə uyğun gələn və faydalı bir addımdır. Qalır sərəncamın icrası ilə bağlı məsələ. Tədbirlər planında nələr olmalıdır, nələr əksini tapmalıdır? İstər Cümhuriyyətin 100 illiyi, istərsə də, 31 mart soyqırımı ilə bağlı ictimai auditoriyada kifayət qədər təkliflər səslənir. Amma təəssüf ki, səslənən təkliflər təklif olaraq da qalır. Heç biri diqqətə alınmır. Bir nəfər ictimaiyyət üzvlərini bir yerə yığıb dinləmir. Həm Cümhuriyyətlə bağlı, həm də soyqırımla bağlı tədbirlərin keçirilməsi yalnız bürokratik tərzdə həll olunmalı deyil. İctimai rəy də nəzərə alınmalıdır, faydalı, perspektivli təkliflər üzərində işlənməlidir. Hansı rasional addımlar atmaq olar, buna baxılmalıdır. Həm də keçiriləcək tədbirlər daxili yox, daha çox xarici auditoriyaya hesablanmalıdır. Mən bunu deyəndə, heç də Türkiyəni nəzərdə tutmuram.Türkiyə, onsuz da qardaş ölkə kimi hər zaman Azərbaycanın yanındadır. İstər bayram tədbirləri olsun, istərsə də matəm tarixləri Türkiyədə elə Azərbaycan qədər qeyd olunur. Soyqırımlarla bağlı tədbirlər Azərbaycanın da, Türkiyənin də sərhəddini aşmalıdır. Düşünmək lazımdır, soyqırım tarixləri ilə bağlı hansı nəşrləri, hansı filmləri beynəlxalq ictimaiyyətə təqdim edə bilərik. Faydalı layihələrin həyata keçirilməsi imkanları araşdırılmalıdır və ölkəmiz üçün faydalı olanlar ortaya qoyulmalıdır". F.Mustafa hesab edir ki, 20 Yanvar şəhidliyinin məzmununda dəyişikliyə ehtiyac var: "Bakının mərkəzindəki Şəhidlər Xiyabanı yalnız sovet imperiyası ilə mübarizə məzmununu aşmalıdır. Hesab edirəm ki, Şəhidlər Xiyabanının məzmununu dəyişməyə ehtiyac var. Ora təkcə 20 Yanvarda müstəqillik uğrunda şəhid olanların xatirəsinin anıldığı yer yox, eyni zamanda tarix boyunca Azərbaycanın istiqlalı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanlar və həmçinin soyqırım qurbanlarının xatirəsinin anıldığı yer olmalıdır. Çünki protokol qaydası gərəyi biz ölkəmizə gələn qonaqları, rəsmi şəxsləri Xocalı abidəsini ziyarət etməyə apara bilmirik. Ümumi soyqırım muzeyimiz də yoxdur. İllərdir bu barədə danışılır, deyilir, amma hələ ki, həyata keçirilməyib. Ona görə də Şəhidlər Xiyabanının daşıdığı missiya genişləndirilməlidir. Regionlarda isə soyqırım abidələrinin qoyulmasına, məncə, ehtiyac yoxdur. Hesab edirəm ki, soyqırım abidələrini regionlara daşımaq lazım deyil".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31