Rusiya miqrantlarla bağlı qaydaları sərtləşdirir: Qanunsuzluq, anklavlar və yeni məhdudiyyətlər – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Vedomosti"yə müsahibəsində ölkədə etnik anklavların yaranmasının qarşısını almağın əsas prioritetlərdən biri olduğunu bildirib. O, böyük şəhərlərdə miqrant sıxlığının, yerli dil və ənənələrə hörmətsizliyin və cinayətkarlığın vətəndaşlarda haqlı narahatlıq doğurduğunu qeyd edərək atılan əsas addımları açıqlayıb. 

Mütəşəkkil işçi qəbulu
Əmək miqrasiyası axınını nizama salmaq üçün xarici işçi qüvvəsinin mütəşəkkil cəlb edilməsi mexanizmi yaradılır.

Ailələrin gətirilməsinə məhdudiyyət
2027-ci ilin yanvarından miqrantlar özlərini və ailələrini regional əmsal nəzərə alınmaqla yaşayış minimumu səviyyəsində təmin etməlidir. Gəliri vergi orqanları tərəfindən təsdiqlənməyənlərin patenti ləğv ediləcək və onlar ölkədən çıxarılacaqlar.

Nəzarət və rəqəmsal profil
Biometrik məlumatlar, genetik identifikasiya və miqrantı ölkədə olduğu müddətdə izləməyə imkan verən "rəqəmsal profil" tətbiq olunur. Moskva regionunda miqrantların geolokasiya vasitəsilə izlənməsi sınaqdan keçirilir.

Ciddi tibbi müayinə
Miqrantlar 30 gün ərzində təhlükəli infeksiyalar və narkotik istifadəsi ilə bağlı müayinədən keçməlidirlər. Saxta tibbi rəy verən tibb müəssisələrinin məsuliyyəti ağırlaşdırılıb.

Vətəndaşlığın ləğvi
Qanunvericiliyə edilən dəyişikliklərlə sonradan qazanılmış Rusiya vətəndaşlığının ləğv edilməsi üçün əsasların siyahısı xeyli genişləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31