Ermənistan hakimiyyəti Qorisdə müxalifətçi merlə koalisiyaya gedir – ÖZƏL
12:47 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan "Mülki müqavilə" partiyasının keçmiş müxalifətçi, Qoris merliyinə namizəd Aruş Aruşanyanla blok yaratmaq qərarını şərh edib. Paşinyanın sözlərinə görə, bu addım yerli sakinlərin rəyi nəzərə alınaraq qarşıdurmalardan qaçmaq və lazımsız gərginlik yaratmamaq məqsədilə atılıb.
O bildirib ki, bənzər imkanlar olan digər icmalarda da "Həmrəylik" adlı blokların təsis edilməsi planlaşdırılır. Baş nazir Aruşanyan barəsindəki hüquqi proseslərin isə bu siyasi qərardan tamamilə ayrı bir məsələ olduğunu vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31