Türkiyə və Ermənistan arasında nəqliyyat xətləri bərpa olunur
13:18 DünyaTürkiyə və Ermənistan sərhədində, Qars vilayətinin Akyaka rayonunda iki ölkə arasında nəqliyyat arteriyalarının blokadadan çıxarılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.
"Haqqin.az" portalının xüsusi müxbiri bilavasitə sərhəd bölgəsinə yollanaraq infrastrukturanın bərpası prosesini yerində müşahidə edib.
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında dəmir yolu və avtomobil əlaqəsi 1993-cü ildə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən tamamilə kəsilmişdi.
Hazırda Akyaka rayonunda illərdir dayandırılmış nəqliyyat dəhlizlərinin, xüsusən də dəmir yolu xəttinin və sərhəd-keçid məntəqələrinin işlək vəziyyətə gətirilməsi üçün infrastrukturun yenidən qurulması və bərpası işləri sürətlə davam etdirilir.