Azərbaycana qarşı daha hansı ssenarilər hazırlanır?
Zaman-zaman Azərbaycanı istəməyən xarici qüvvələr ölkəmizə qarşı qərəzli mövqelərini ortaya qoyublar. Maraqlı məqam ondan ibarətdir ki, ölkəmizdə gedən sosial-iqtisadi inkişfı, həyata keçirilən siyasi, iqtisadi islahatları, demokratik prosesləri görmək istəməyən anti-Azərbaycan qüvvələri beynəlxalq təşkilatlar vasitəsilə saxta hesabatlar ərsəyə gətirilər.
24 Yanvar 2018 14:38 SiyasətQərbin siyasi mərkəzləri tərəfindən hazırlanan hesabatlar ölkəmizə qarşı təzyiq vasitəsidir
Zaman-zaman Azərbaycanı istəməyən xarici qüvvələr ölkəmizə qarşı qərəzli mövqelərini ortaya qoyublar. Maraqlı məqam ondan ibarətdir ki, ölkəmizdə gedən sosial-iqtisadi inkişfı, həyata keçirilən siyasi, iqtisadi islahatları, demokratik prosesləri görmək istəməyən anti-Azərbaycan qüvvələri beynəlxalq təşkilatlar vasitəsilə saxta hesabatlar ərsəyə gətirilər. Acınacaqlı məqam budur ki, həmin hesabatlarda insan hüquqları, media azadlığı il bağlı qərzli məlumatlar əksini tapır. Ancaq birmənalı şəkildə qeyd etmək olar ki, belə hesabatlarda əksini tapan məlumatlar dəqiqləşdirilmədən birtərəfıi qaydada hazırlanır. Elə prezident İlham Əliyev də Davos Dünya İqtisadi Forumu çərçivəsində "Strateji perspektivlər: Avrasiya" adlı panel müzakirələrində qeyd edib ki, Azərbaycana qarşı media azadlığı ilə bağlı tənqidlərin əsası yoxdur. Dövlət başçısı bildirib ki, Azərbaycanda bütün əsas azadlıqlar təmin olunur: "Buraya media azadlığı da aiddir ki, Azərbaycanda media tamamilə azaddır. Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Əgər internet heç bir senzura olmadan azaddırsa və əhalinin böyük hissəsi internet istifadəçisidirsə, medianın fəaliyyətinə məhdudiyyətdən danışmaq olmaz".
Xatırladaq ki, Azərbaycanda azad medianın inkişafı ilə bağlı çox önəmli qərarlar qəbul edilib. İlk gündən demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə atdığı addımlar və onların uğurlu nəticələri göz önündədir. Azərbaycan müstəqillik əldə etdikdən sonra mediaya münasibət tamamilə dəyişib. Hələ 1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzura ləğv edilməklə azad, müstəqil mətbuatın inkişafı üçün geniş imkanlar açıldı. Nəticədə ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. Lakin bununla kifayətlənməyərək Azərbaycan dövləti müstəqil mətbuatın inkişafını təmin etmək məqsədilə ardıcıl tədbirlərin həyata keçirilməsini qarşısına məqsəd qoydu. Beləliklə, mətbuat azadlığının inkişafına əngəl olan, süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi təmin edildi, vətəndaş cəmiyyətinin quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılmasını başlıca prioritet elan olundu. Çünki, dövlətin məqsədi mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarət idi. Açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edən Azərbaycan dövləti jurnalistləri dövlət mükafatları, orden və medallarla təltif etməklə beynəlxalq aləmə bəyan etdi ki, ölkəmizdə KİV-lərə qayğı davamlı və sistemlidir.
Ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Milli Mətbuatımızın 135 illiyinin ölkəmizdə dövlət səviyyəsində qeyd olunması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, fəxri adlarla təltif olunmaları haqqında sərəncamların imzalanması və bu kimi biri-birindən əhəmiyyətli addımlar qeyd etdiklərimizin təsdiqidir. Ötən ilin iyulunda Milli Mətbuatımızın 138 illiyində jurnalistlər üçün tikilmiş binanın istifadəyə verilməsi, eyni zamanda "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" növbəti sərəncamın imzalanması da addımların davamlılığından irəli gəlir. Sadalanan faktlar bir daha deməyə əsasə verir ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı hazırlanan hesabatlar qərəzlidir və siyasi məqsəd güdür. Təsadüfi deyil ki, dövlət başçısı sözügedən tədbirdə media azadlığı ilə bağlı reytinqlərdə Azərbaycana niyə aşağı dərəcə verildiyinə dair sualı cavablandıran Azərbaycan prezidenti deyib ki, bu, siyasi səbəblərlə bağlıdır: "Reallığı dəyişmək olmaz. Bir daha deyirəm ki, Azərbaycanda fundamental azadlıqlar təmin olunur. Bizim hökumətimiz hər bir kəndə genişzolaqlı internetin çatdırılması üçün bir çox vacib layihələr həyata keçirir. Bu qiymətləndirmə çox ədalətsiz yanaşma əsasında təşkil olunub. Bəzən isə bu, düşməncəsinə yanaşmadır. Bu reytinqlər qərbdə bəzi siyasi mərkəzlər tərəfindən təşkil olunub. Bunlar niyə edilir? Səbəb sadədir. Azərbaycan milli maraqlarına uyğun müstəqil siyasət həyata keçirir. Biz ölkəmizə problem törədəcək, riskli olan macəralara qatılmırıq. Azərbaycanda daxili risklər yoxdur, siyasi və iqtisadi stabillik var. Bizim üzləşə biləcəyimiz istənilən risk xaricdən gələ bilər. Azərbaycanı bəzi ölkələrə qarşı kampaniyalara cəlb etməklə bağlı bir sıra cəhdlər olub. Lakin biz heç kəsə qarşı oynamırıq, riskli və milli maraqlarımıza zidd olan kampaniyalara qatılmırıq. Buna görə də bəziləri çox da böyük olmayan ölkə üçün Azərbaycanı çox müstəqil hesab edirlər. Bu kimi reytinqlər bizim nüfuzumuzu hörmətdən salmağa hədəflənib. Azərbaycanı qeyri-demokrat ölkə kimi göstərmək istəyiblər. Lakin bu belə deyil. Siyasi inkişaf iqtisadi inkişafla bağlıdır. Dünya iqtisadi forumunun açıqlamasına görə Azərbaycan iqtisadi rəqabətliliyə görə 35-ci yerdə qərarlaşıb. Bu, yaxşı göstəricidir və bir daha nümayiş etdirir ki, bizim ölkə azaddır".
Onu da qeyd edək ki, haqqı-nahaqdan ayırmağı bacaran, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda müstəsna xidmətlər göstərməkdə davam edir. Beynəlxalq təşkilatların qərəzli şəkildə hazırladıqları hesabatların əksinə olaraq Azərbaycanda peşə fəaliyyətinə görə heç bir jurnalist həbs olunmur. Əksinə, ölkədə təkcə mətbuat orqanlarına deyil, eləcə də jurnalistlərə dövlət qayğısı göstərilir. Prezident İlham Əliyevin təbirincə desək, azad mətbuat olan halda jurnalistlərin məsuliyyəti ön plana çıxır. Azərbaycan isə o ölkələrdəndir ki, azad mətbuatın mövcudluğu heç kimdə şübhə doğura bilməz. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi, Azərbaycanın dünya informasiya məkanına daxil olması, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsi və beynəlxalq standartların tələblərinə uyğunlaşmasına ehtiyacın yarandığı müasir dövrdə ölkəmizdə həyata keçirilən tədbirlər insan hüquqlarının qorunması istiqamətində atılan ən düzgün addım kimi ölkə ictimaiyyəti tərəfindən dəstəklənir.
Zəka