Gündəm

Körpələr evi və uşaq bağçalarına qəbul qaydası açıqlandı

24 Yanvar 2018 16:19

Nazirlər Kabineti“Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası”nı təsdiq edib. Bu qayda uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu məsələlərini tənzimləyir.

ABŞ, İngiltərə və Almaniya... – Türkiyəyə qarşı ittifaqı ETİRAF ETDİLƏR

24 Yanvar 2018 16:17

Onlarla xarici döyüşçü Afrinda Türkiyəyə qarşı döyüşür. Bu haqda PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG-nin sözçüsü Redur Xəlil “Röyters” agentliyinə açıqlamasında bildirib. Onun sözlərinə görə, ABŞ, İngiltərə və Almaniya vətəndaşları PYD-nin sıralarında Türkiyəyə qarşı döyüşlərdə iştirak edir.

SON DƏQİQƏ! Güclü zəlzələ Yaponiyanı təşvişə saldı - 6,2 bal

24 Yanvar 2018 16:07

Yaponiyanın şimal-şərqində güclü zəlzələ baş verib. Məlumata görə, Yaponiya Baş Meteoroloji İdarəsi yeraltı təkanların 6,2 bal gücündə olması barədə xəbər yayıb. İdarənin yaydığı məlumata görə, təkanların episentri Sakit okeanda Xokkaydo adasından cənubda 30 kilometr dərinlikdə qeydə alınıb.

Azərbaycanda Afrin SEVİNCİNİN ÜÇ SƏBƏBİ: Qarabağ, şəhidin mesajı və SON VƏSİYYƏT

24 Yanvar 2018 16:05

Türkiyənin uğurla həyata keçirdiyi Afrin əməliyyatı Azərbaycanda da böyük sevinclə qarşılanır. Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, beynəlxalq məsələlər üzrə ekspert Toğrul İsmayıl Afrin əməliyyatının Azərbaycanda böyük sevinclə qarşılanmasının bir neçə cavabını açıqlayıb.

Keçmiş həyat yoldaşını boğaraq öldürdü

24 Yanvar 2018 15:59

Bakıda qətl hadisəsi törədilib. “Olaylar” xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Rahib Telman oğlu Babayev aralarında yaranmış mübahisə zəminində keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü Ülviyyə Orucəliyevanı boğaraq öldürüb. Hadisəni törədən R.Babayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Avtomobil piyadanı vurub öldürdü

24 Yanvar 2018 15:58

Lənkəranda ötən gün axşam saatlarında avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib. “Olaylar” xəbər verir ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Məlumata görə, Füzuliküçəsində yolu keçmək istəyən rayon sakini, 1951-ci il təvəllüdlü Malikəjdər Gülverdi oğlu Qasımovu avtomobil vurub.O, sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. M. Qasımov bu gün xəstəxanada ölüb. Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

“Cocuqlar Duymasın” serialının məşhur aktyoru Musiqili Teatrda

24 Yanvar 2018 15:57

Qurumun Mətbuat xidmətindən Olaylar.az –a bildirilib ki, istedadlı kino və teatr aktyoru, rejissor Volkan Severcanı teatrının direktor müavini Hüseyn Hüseynov qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb. Daha sonra H. Hüseynov qonağı teatrın  inzibati binası ilə tanış edərək yaranma tarixi, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonrakı fəaliyyəti, tamaşaçılar və teatrın kollektivi üçün burada yaradılmış şərait barədə ətraflı məlumat verib.

Qobustanda 4 otaqlı ev yanıb

24 Yanvar 2018 15:57

Qobustan rayonunun Ərəbşalbaş kəndində vətəndaşa məxsus 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 100 m2 sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Nazirliyinin Apellyasiya Şurasına 9 müraciət daxil olub

24 Yanvar 2018 15:56

2017-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Apellyasiya Şurasına 9 müraciət daxil olub.Nazirlikdən “Olylar”a verilən məlumata görə, sözügedən müraciətlərin 6-ı “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin tənzimləmə predmetinə aid olmayıb və adıçəkilən əsasnamənin şikayətlərə dair tələblərinə cavab verməyib.

Əlilləri işə götürməyənlər məsuliyyət daşıyacaqlar

24 Yanvar 2018 15:55

Əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə, idarə və təşkilatlar kvota müəyyən edəcəklər. “Olaylar”ın məlumatına görə, bu barədə yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində qeyd edilib.

Qarabağ münaqişəsinin həlli diplomatik çərçivə ilə bağlı deyil

24 Yanvar 2018 15:55

Ermənistanda seçki prosesi, daha dəqiq desək parlamentin növbəti müddətə işğalçı ölkəyə prezident təyin etməsi məqamı yaxınlaşdıqca bu ölkədə ictimai-siyasi gərginlik də artır. Hazırkı dövlət başçısı Serj Sərkisyanın özünün xələfi kimi Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sərkisyanı prezidentliyə namizəd kimi irəli sürməsi işğalçı ölkənin siyasi cameəsində heç də xoş qarşılanmayıb. Bunun isə bir neçə səbəbi var.

Azərbaycan prezidenti Davosda “Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiyada iştirak edib

24 Yanvar 2018 15:50

Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiya keçirilib. Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev sessiyada iştirak edib.

Regionların sosial-iqtisadi inkişafı bölgələrdə infrastrukturun yenilənməsinə zəmin yaradır

24 Yanvar 2018 15:47

Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlətin prioritet sahəlrindən hesab edilir. Məhz bu məqsədlə həyata keçirilən proqramlar ümumilikdə ölkənin inkişafına hədəflənib.

Almaniya hökuməti Türkiyənin Afrin əməliyyatından narahatlığını ifadə edib

24 Yanvar 2018 15:45

Almaniya hökuməti TürkiyəninSuriyanın Afrin bölgəsində həyata keçirdiyi hərbi kampaniya barədə məlumatları narahatlıqla izləyir.  Məlumata görə, bu barədə AlmaniyaNazirlər Kabinetinin rəsmi nümayəndəsinin müavini Ulrike Demmer deyib. O bildirib ki, Almaniya hökuməti Suriyanın ərazi bütövlüyünün qorunması ilə bağlı BMT TŞ-nin qətnaməsinə tərəfdardır.

Prezident Administrasiyasında struktur dəyişiklikləri olub

24 Yanvar 2018 15:43

Prezidentin Administrasiyasının strukturundakı dəyişikliklər açıqlanıb. Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev 30 may 2017-ci ildə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” sərəncam imzalayıb.