Lukaşenko: Belarusun heç kimə hücum etmək niyyəti yoxdur- ÖZƏL
12:14 SiyasətBelarus Prezidenti Aleksandr Lukaşenko respublikanın praqmatik davrandığını və heç kimə hücum etmək niyyətində olmadığını bildirib.
"Burada bəzi insanlar bizi sabah kiməsə hücum etməyi planlaşdırmaqda ittiham edirlər. Təkrar edirəm: bizim heç kimə hücum etmək niyyətimiz yoxdur; biz praqmatikik. Başa düşürük ki, kiməsə, məsələn, qonşularımızdan birinə hücum etsək, bu, ölümə bərabər olar. Biz perimetrimizdə yerləşən "canavarlarımız"la, yəni dövlətlərimizlə münaqişədə qalib gələ bilmərik. Bəs onda, açığı, niyə müharibəyə başlamalıyıq? Amma biz torpağımızı, əhalimizi hər santimetr, hər millimetr müdafiə etməyə və təhlükəsizliyi təmin etməyə borcluyuq", - deyə Brest bölgəsindəki hərbi təlim poliqonuna səfəri zamanı bildirib. Olaylar.az xəbər verir ki, onun sözləri prezidentin mətbuat xidməti ilə əlaqəli olan "Pool Pervy" Telegram kanalından sitat gətirilib.