“Cocuqlar Duymasın” serialının məşhur aktyoru Musiqili Teatrda
Qurumun Mətbuat xidmətindən Olaylar.az –a bildirilib ki, istedadlı kino və teatr aktyoru, rejissor Volkan Severcanı teatrının direktor müavini Hüseyn Hüseynov qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb. Daha sonra H. Hüseynov qonağı teatrın inzibati binası ilə tanış edərək yaranma tarixi, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonrakı fəaliyyəti, tamaşaçılar və teatrın kollektivi üçün burada yaradılmış şərait barədə ətraflı məlumat verib.
24 Yanvar 2018 15:57 Teatr və kinoQurumun Mətbuat xidmətindən Olaylar.az -a bildirilib ki, istedadlı kino və teatr aktyoru, rejissor Volkan Severcanı teatrının direktor müavini Hüseyn Hüseynov qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb. Daha sonra H. Hüseynov qonağı teatrın inzibati binası ilə tanış edərək yaranma tarixi, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonrakı fəaliyyəti, tamaşaçılar və teatrın kollektivi üçün burada yaradılmış şərait barədə ətraflı məlumat verib.
Azərbacan tamaşaçılarının "Cocuklar duymasın", "Çiçək taksi","Hababam sınıfı askerde" və digər onlarla məşhur Türkiyə seriallarından yaxşı tanıdığı Volkan Severcan teatrda yaradılmış şəraitin çox yüksək səviyyədə olduğunu bildirib. "Əslində, məndə bu teatrı ziyarət etmək istəyini həmkarım, ünlü sənətçi Tamer Qaradağlı yaratdı. O, keçən il bu sənət məbədini görəndən sonra mənə də Bakıya səfər edəcəyim zaman yolumu mütləq Musiqili Teatrdan salmağımı tövsiyyə etdi. Həqiqətən, Musiqili Teatr bir çox cəhətlərinə görə digər xarici ölkələrdəki teatrları ilə müqayisə olunabiləcək səviyyədə geniş yaradıcı və texniki imkanlara malikdir. Buralar mənə çox əzizdir, özümü sanki, doğma vətəndə hiss etdim. Zatən, biz bir millət, 2 dövlətik"...