Almaniya hökuməti Türkiyənin Afrin əməliyyatından narahatlığını ifadə edib

Almaniya hökuməti TürkiyəninSuriyanın Afrin bölgəsində həyata keçirdiyi hərbi kampaniya barədə məlumatları narahatlıqla izləyir.  Məlumata görə, bu barədə AlmaniyaNazirlər Kabinetinin rəsmi nümayəndəsinin müavini Ulrike Demmer deyib. O bildirib ki, Almaniya hökuməti Suriyanın ərazi bütövlüyünün qorunması ilə bağlı BMT TŞ-nin qətnaməsinə tərəfdardır.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələrinin baş qərargah idarəsi Suriyanın Afrin vilayətində kürdlərə qarşı "Zeytun budağı" əməliyyatının başlandığını elan edib. Apa.az RİA "Novosti"-yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31