Qarabağ münaqişəsinin həlli diplomatik çərçivə ilə bağlı deyil

Ermənistanda seçki prosesi, daha dəqiq desək parlamentin növbəti müddətə işğalçı ölkəyə prezident təyin etməsi məqamı yaxınlaşdıqca bu ölkədə ictimai-siyasi gərginlik də artır. Hazırkı dövlət başçısı Serj Sərkisyanın özünün xələfi kimi Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sərkisyanı prezidentliyə namizəd kimi irəli sürməsi işğalçı ölkənin siyasi cameəsində heç də xoş qarşılanmayıb. Bunun isə bir neçə səbəbi var.

Çünki diplomatik danışıqlarda həmsədrlər Azərbaycana məqbul olmayan şərtlər irəli sürürlər

Ermənistanda seçki prosesi, daha dəqiq desək parlamentin növbəti müddətə işğalçı ölkəyə prezident təyin etməsi məqamı yaxınlaşdıqca bu ölkədə ictimai-siyasi gərginlik də artır. Hazırkı dövlət başçısı Serj Sərkisyanın özünün xələfi kimi Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sərkisyanı prezidentliyə namizəd kimi irəli sürməsi işğalçı ölkənin siyasi cameəsində heç də xoş qarşılanmayıb. Bunun isə bir neçə səbəbi var. Ən başlıca səbəblərdən biri Armen Sərkisyanın siyasi təcrübəsinin aşağı olmasıdır. Təsadüfi deyil ki, həm erməni cəmiyyəti, həm də beynəlxalq aləmdə, onun səfir kimi çalışdığı ölkədə Armen Sərkisyanı daha çox şou adamı kimi tanıyırlar. Belə ki. Ermıənistanın prezidenti seçiləcək Sərkisyan bir qayda olaraq şou məclislərinin təşkilatçısı, tanınmış dünya ulduzları ilə sıx əlaqələrə malik biri kimi tanınır. Hələ 1993-cü ildə Armen Sərkisyan dünya şöhrətli sənətçi Çerinin Ermənistana gələrək bu ölkədə konsert verməsinə vəsilə olmuşdu. Aradan keçən 25 il ərzində Sərkisyan demək olar ki, dünya şou biznesinin ən tanınmış simalarından birinə çevrilib. Ona görə də erməni cəmiyyəti belə düşünür ki, Armen Sərkisyanın prezident təyin edilməsi onsuz da beynəlxalq aləmdə heç bir nüfuzu, siyasi çəkisi olmayan Ermənuistanı şou-biznes ölkəsinə çevirəcək. Düzdür, aprel təyinatından sonra Ermənistanda prezidentin səlahiyyətləri kifayət qədər məhdudlaşmış olacaq və əsas səlahiyyətləri baş nazir icra edəcək. Ancaq nəzərə alsaq ki, Armen Sərkisyan həm də güclü maliyyə qaynaqlarına malikdir və Serj Sərkisyan hazırda xələfini sağmal inək kimi görür, o zaman Serj Sərkisyanın da müəyyən mənada yeni prezidentdən asılı olacağı qənaətinə gəlmək olar. Bir sözlə Serj Sırkisyanın sadə yolla hakimiyyətdə qalmaq cəhdi bir müddət sonra mürəkkəb situasiya yarada bilər. Elə Ermənistan müxalifətinin də Armen Sərkisyanın təyinatına etirazı belə deməyə əsas verir.

Azərbaycanlı analitiklər, ekspert və politoloqlar isə hesab edirlər ki, rəsmi Bakı Ermənistanda yaranan daxili siyasi gərginlikdən istifadə etməyi bacarmalıdır. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də belə düşünür. O, bildirib ki, Ermənistan parlamentində martın 2-də prezident seçkiləri keçiriləcək: "Hakim Respublika Partiyasının və Serj Sərkisyanın namizədliyini irəli sürdüyü Armen Sarkisyanın prezident seçilməsi gözlənilir. Yeni konstitusiyaya uyğun olaraq icra hakimiyyətini baş nazir həyata keçirəcək. Aprel ayında növbəti seçkilərdə Serj Sərkisyanın baş nazir kimi seçilməsi struktur planın tərkib hissəsidir. Təbii ki, Ermənistanda hakimiyyətin bu bölgüsü Kreml tərəfindən razılaşdırılıb. Bu ölkədə struktur dəyişikliklər, Qarabağ münaqişəsinin nizamlanmasına təsirsiz ötüşməyəcəyini qeyd etməliyəm". Politoloqun sözlərinə görə, Azərbaycan üçün maraqlıdır ki, apreldən sonra Qarabağ münaqişəsinin nizamlanmasında danışıqlar hansı formatda gedəcək: "Baş nazir kimi Sərkisyan danışıqları aparsa da, ancaq onun qərar vermək səlahiyyəti olmayacaq. Birincisi, Sərkisyan həlledici qərar versə də, nəticədə parlamentin razılığı lazımdır. Qərar ilk növbədə parlamentdən asılı olacaq. ikincisi, müxtəlif fraksiyalardan təmsil olunan parlament Qarabağ məsələsində Sərkisyana güzəştə getməyəcək. Sərkisyan da bunda maraqlıdır. Üçüncüsü, əgər Ermənistanın yeni prezidenti danışıqları apararsa, dövlət başçısı kimi onun da bu məsələdə qərar vermək səlahiyyəti yoxdur. Serj Sərkisyan bundan sonra imitasiya olaraq, özünü nə qədər kompromisə açıq və sülhə meyilli göstərəcək. Çünki, bu məsələdə həlledici qərar parlamentindir". Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri deyib ki, artıq Ermənistanda Qarabağ danışıqlarının nəticələri parlamentdən asılı olacaq: "Artıq, bu siyasi gedişat Serj Sarkisyana sərf edir. O, daima yaxasını kənara çəkib, parlamenti qabağa verəcək. Parlamentdə müxalifət yaradıb, kifayət qədər çalışacaqlar ki, danışıqlar prosesini sabotaj etsinlər. Qeyd edim ki, aprel ayından sonra Qarabağ probleminin həlli ilə bağlı diplomatik danışıqların heç bir müsbət nəticəsi olmayacaq. Rusiya və Birləşmiş Ştatlar da Ermənistana heç vaxt bu məsələdə təzyiq etməyəcək". Məhəmməd Əsədullazadə hesab edir ki, Qarabağ münaqişəsinin canlanması, yalnız Azərbaycan tərəfindən aslıdır: "Yay ayları cəbhədə hərbi əməliyyatların aparılması üçün hava və coğrafi şərait də imkan verir ki, Azərbaycan antiterror əməliyyatlarına başlayıb, ilk zərbəni Xankəndində hərbi-strateji obyektlərə vursun. Separatçıların yuvası olan Xankəndi hədəfə alınarsa, Xocalı aeroportu və digər hərbi obyektlər vurulmalıdır. Bundan sonra Ermənistan tərəfi və ATƏT-in Minsk qrupunun həmsədrləri problemin ciddiliyini bir daha anlayacaq". Politoloq hesab edir ki, artıq, Qarabağ münaqişəsinin həlli diplomatik çərçivə ilə bağlı deyil. Çünki diplomatik danışıqlarda həmsədrlər Azərbaycana məqbul olmayan şərtlər irəli sürürlər.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31