Keçmiş həyat yoldaşını boğaraq öldürdü
Bakıda qətl hadisəsi törədilib. “Olaylar” xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Rahib Telman oğlu Babayev aralarında yaranmış mübahisə zəminində keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü Ülviyyə Orucəliyevanı boğaraq öldürüb. Hadisəni törədən R.Babayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
24 Yanvar 2018 15:59 KriminalBakıda qətl hadisəsi törədilib. "Olaylar" xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Rahib Telman oğlu Babayev aralarında yaranmış mübahisə zəminində keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü Ülviyyə Orucəliyevanı boğaraq öldürüb. Hadisəni törədən R.Babayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.