Gündəm
Akif Əlizadə: Bəzi elmi məktəblər sönmək üzrədir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yer Elmləri Bölməsində bəzi elmi istiqamətlər, elmi məktəblər sönmək üzrədir. Bölmənin institut rəhbərləri, aparıcı alimlər, laboratoriyalar bu barədə fikirləşməlidirlər.
İranda Rusiyanın iştirakı ilə antiamerika alyansı yaratmaq təklif olunur
İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi antiamerika alyansının yaradılmasını təklif edib. Məlumata görə, general Y.R.Səfəvi təklif edib ki, Rusiyanın iştirakı ilə ABŞ-a və onun regiondakı müttəfiqlərinə qarşı alyans formalaşdırılsın.
Jirinovski 2014-cü ildə... – Kiyevə edilən zəngin ŞOK DETALLARI
Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski 2014-cü ildə Ukrayna Ali Radasının spikeri Andrey Parubiyə zəng edərək onu Ukraynaya qoşunları daxil etməklə hədələyib.
Ermənilər Talış kəndində binalar tikir? - Nazirlik ifşa etdi
"Talış kəndində yaşayış binalarının inşa edilməsi ilə bağlı erməni tərəfinin yaydığı xəbər məhz daxili auditoriyaya hesablanıb və prezident seçkiləri ərəfəsində təbliğat xarakteri daşıyır”.
Bakıda ağacların dibinə dizel tökülərək qurudulması faktı aşkarlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Xətai rayonu, İnqilab İsmayılov küçəsi 6 ünvanında ağacların qəsdən qurudulması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ərdoğan 3 milyondan çox suriyalı qaçqını qaytarır
Türkiyə sayı 3 milyonu keçən suriyalı qaçqınları geri göndərəcək. Bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyəli lider onların qaytarılacağı yeri də açıqlayıb. Belə ki, R.T.Ərdoğan vurğulayıb: "Qaçqınları Suriyada terrorçulardan təmizlənmiş ərazilərə qaytaracağıq".
"Mənə demişdi 16 yaşımda oliqarxa ərə getmişəm" - Xalq artisti - VİDEO
ARB TV-nin "Səhər-səhər" verilişinin qonağı olan Xalq artisti Zöhrə Abdullayeva maraqlı açıqlamalar verib. O, İlhamə Quliyeva ilə aralarında olan anlaşılmazlıqdan bəhs edib: "Onunla heç əlaqəm yox idi. İllərlə görməzdim, görəndə də salamlaşmazdım. Xasiyyəti xoşuma gəlməzdi.
Abşeronda soyuq hava dalğalarının sayı azalıb
1991-2015-ci illərdə Abşeron yarımadasında soyuq hava dalğalarının orta sayında və davamiyyətində azalma müşahidə olunub. Məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsinin akademik - katibi, akademik Fəxrəddin Qədirov Rəyasət Heyətinin bugünkü iclasında çıxışı zamanı bildirib.
Səməd Seyidov AŞPA-da çıxış edən Serj Sarkisyana sərt cavab verib
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidentiSəməd Seyidov AŞPA-nın iclasında çıxış edən Ermənistan prezidenti Serj Sarkisyana cavab verib.
Azərbaycanda 10 km dərinlikdə neft yataqlarının axtarışı aparıla bilər
"Beş-on ilə dövlət alimlərin, xüsusən akademik alimlərin qarşısında 10-12 kilometr dərinlikdə neft yataqlarının aşkarlanması tələbini qoyacaq". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Akademiyanın Rəyasət Heyətinin bugünkü iclasında deyib.
Bakı Şəhər birinciliyi keçiriləcək
Yeniyetmələr arasında sərbəst və Yunan-Roma güləşi idman növü üzrəBakI şəhər birinciliyi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən daxil olub. Bildirilib ki, yarışların yanvarın 27-30-u tarixlərində keçirilməsi nəzərdə tutulub. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutacaq yarışlar Hövsan Olimpiya İdman Kompleksində keçiriləcək. Qaliblərə Baş İdarənin diplom və qiymətli hədiyyələri təqdim olunacaq.
Uşaq-Gənclər İnkişaf mərkəzləri hesabat verib
Təhsil Nazirliyində Bakı şəhərində yerləşən yaradıcılıq profilli Uşaq-Gənclər İnkişaf mərkəzlərinin qısa fəaliyyət dövrünü əhatə edən hesabat tədbiri keçirilib. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əməkdaşları, Bakı şəhərində yerləşən Uşaq-Gənclər İnkişaf mərkəzlərinin direktorları iştirak edib. Tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov məktəbdənkənar təhsil sahəsində həyata keçirilən islahatlar, strateji hədəflər və qarşıya qoyulan məqsədlər barədə tədbir iştirakçılarına məlumat verib. Daha sonra mərkəz direktorları fəaliyyətlərinə dair təqdimatlarla məktəbdənkənar təhsil sahəsindəki dəyişikliklər və yeniliklər, keçirilən layihələr barədə çıxış ediblər.
312450 vergi ödəyicilərinə xidmət göstərilib
2017-ci il ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 312450 zəng cavablandırılıb. Nazirlikdən “Olaylar”a verilən mlumata görə, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 2472882 SMS göndərilib. 2017-сi il ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 5211125 daxilolma qeydə alınıb.Vergi ödəyicilərinə xidmət strukturlarında 486.318 vətəndaş qəbul edilərək onlara 744.149 sayda xidmət göstərilib.
İnkişafın Azərbaycan modeli beynəlxalq müstəvidə yüksək qiymətləndirilir
“Bu gün Azərbaycan dövləti çoxsaylı alternativ neft-qaz ixracı ilə bağlı nəql marşrutlarına malikdir. Bu isə ölkəmizin müstəqilliyinin qorunması, onun iqtisadi təhlükəsizliyi üçün çox güclü amil deməkdir”.
Əməliyyatın kod adı - Zahid Orucdan sensasion yazı
ATƏT-in Minsk təşəbbüsləri özünün yubiley yaşını - 25 illiyini sakitcə, təntənəsiz ötürüb keçdi. Əslində atəşfəşanlıq onun harasına yaraşır?! Axı Sovetlər Birliyi dağılandan burun-buruna dayanan tanklar əsil qığılcım alovunu bir andaca saçmağa hazırdılar. Belə vasitəçilik dünya tarixində sabit bir şəkildə heç Fələstin-İsrail konfliktində də olmayıb. İflasa uğrayan danışıqlar raundunun sayı o qədər çoxdur ki, artıq dünyanın onlarla şəhərinin adı ilə çulğalaşan baza prinsipləri nəinki sadə adamların, eləcə də siyasətçilərin yaddaşından silinib gedir. Bişkek simfoniyası, Ki-Uest protesti, Praqa prosesi, Kazan raundu, Vyana kvarteti və sair.














