Gündəm

Ötən il paytaxtda 120 ağır cinayət hadisəsi baş verib

24 Yanvar 2018 18:06

Yanvarın 24-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə 2017-ci ildə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Vüqar Rəhimzadə: Prezidentimizin çıxışı Azərbaycanla bağlı qərəzli məlumatlar yayanlara tutarlı cavab oldu

24 Yanvar 2018 18:01

“Bu gün bütün dünyanın diqqəti Davosa yönəlib. Artıq 48-ci dəfədir ki, keçirilən Davos İqtisadi Forumunda bir çox mühüm məsələlər müzakirə edilir. Ümumiyyətlə, bu Forum ölkəmiz üçün xüsusi önəm kəsb edir. Çünki Azərbaycan da bu beynəlxalq tədbirdə təmsil olunur, möhtərəm Prezidentimiz Forum çərçivəsində mühüm görüşlər keçirir, qarşılıqlı faydalı müzakirələr aparılır. Bu görüşlər zamanı ölkəmizin gələcək inkişafı, yeni əməkdaşlıq imkanları ilə bağlı mühüm razılaşmalar əldə edilir.

Kiyevdə Azərbaycan ticarət evi açılacaq

24 Yanvar 2018 17:55

Azərbaycan ticarət evi Kiyevdə 2018-ci il mart ayının ortalarında açılacaq. Məlumata görə, bunu “Ukrinform” agentliyinə müsahibəsində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev deyib.

Teleqüllənin yaxınlığında yaşayan sakinlərin köçürülməsi üçün sığınacaqlar yaradılıb

24 Yanvar 2018 17:53

Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargahın iclası keçirilib. Bu barədə APA-ya İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, qərargahın iclasından sonra Səbail Rayon İcra Hakimiyyəti və Polis İdarəsinin əməkdaşları həmin ərazidə olaraq sakinlərlə görüşüblər.  Təhlükəsizlik nöqteyi-nəzərindən sakinlərə müvəqqəti olaraq evlərini tərk etmələri, qohumları və yaxınlarının evlərinə köçmələri təklif olunub.  Sakinlərin köçürülməsi üçün ərazidəki idarə, təşkilat və müəssisələrdə müvəqqəti sığınacaqlar yaradılıb. Ərazi polis nəzarətinə götürülüb. 

Qobustanda 13 yaşlı qız qaçırıldı

24 Yanvar 2018 17:44

Qobustan rayonunda yetkinlik yaşına çatmayan qız qaçırılıb.  Rayonun Nabur kəndində yaşayan şəxs 13 yaşlı qızının zorla qaçırılması ilə bağlı polisə müraciət edib. Həmin şəxs qeyd edib ki, qızını Emin adlı şəxs evlənmək məqsədi ilə qaçırıb.  

Azərbaycan XİN: Sarkisyan AŞ PA-dakı çıxışı ilə yenə də beynəlxalq ictimaiyyəti aldatmağa çalışdı

24 Yanvar 2018 17:42

Serj Sarkisyan Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) çıxışı ilə yenə də beynəlxalq ictimaiyyəti aldatmağa çalışdı. Bunu  Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidentinin AŞ PA-dakı çıxışına münasibət bildirərkən deyib.

Davosda Ekspo 2025 ümumdünya sərgisinə Bakı şəhərinin namizədliyi ilə bağlı tədbir keçirilib

24 Yanvar 2018 17:41

Davosda Ekspo 2025 ümumdünya sərgisinə Bakı şəhərinin namizədliyi ilə bağlı tədbir keçirilib. “OLAYLAR” GİN-ə istinadən xəbər verir ki,InterContinental otelində keçirilmiş rəsmi qəbulda çıxış edən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov qeyd edib ki, Bakının təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu Dünya İqtisadi Forumunun bu ilki mövzusu olan “Pərakəndə Dünyada Ümumi Gələcəyin Qurulması” ilə geniş mənada üst üstə düşür.  Tədbirin əsas məqsədi dəvətlilərə Bakının ismarıcını çatdırmaq idi. İştirakçılar sırasına dövlət və özəl sektorları təmsil edən nümayəndələr, o cümlədən səfirlər, diplomatlar, təhsil, media qurumlarının nümayəndələri, müxtəlif şirkətlərin rəhbərləri daxil idi.  Öz çıxışında səfir Elçin Əmirbəyov aşağıdakıları vurğulayıb:

Azərbaycana qarşı qarayaxma kampaniyası aparan bəzi QHT-lərin yalanları real faktlarla ifşa olundu

24 Yanvar 2018 17:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosa səfəri çərçivəsində Dünya İqtisadi Forumunda çıxış etdi, bir sıra görüşlər keçirdi. Bu gün bir çoxlarını düşündürən əsas sual budur. Bu bizə, Azərbaycana nə qazandırdı?

Erməni yalanı Pakistan mətbuatında

24 Yanvar 2018 17:38

Gunaz.az ONN media - ya istinadən xəbər verir ki, “Turan Araşdırma Mərkəzi” ictimai birliyinin sədri filoloq-tarixçi, türkoloq, professor Əjdər İsmayılovun erməni tarixşünaslığının şah damarını kəsən əsəri, “erməni xalqının saxta “tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji və filoloji tarixidir” seriyasından “Moisey Xorenatsi anonim keşiş müəllifdir” kitabı haqda Pakistan Respublikasının nifuzlu mətbu orqanı olan "Rajpoot Express Islamabad" dərgisində tanınmış jurnalist Raja Majid Javed Bhatti Pakistan içtimaiyyətinə geniş məlumat verib.

Qurbanov püşkatmadan DANIŞDI: "Başqa yarış olsaydı, bəlkə..."

24 Yanvar 2018 17:33

“Xeyirli-uğurlu olsun. Hər bir komanda rəqibimiz ola bilərdi. Artıq püşk atılıb və rəqiblərimizi tanımağa, düzgün hazırlaşmağa, komandamızı formalaşdırmağa çalışmalıyıq". Bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov deyib.

Avropalılar Türkiyəyə qarşı savaş üçün yola düşdü –Şok

24 Yanvar 2018 17:31

PYD terror qruplaşması sıralarında onlarla ABŞ, İngiltərə və Almaniya vətəndaşı Türkiyəyə qarşı mübarizə aparır. Bu barədə “Tayms” informasiya yayıb.

Baydendən şok etiraf: Poroşenkoya o it oğlunu...

24 Yanvar 2018 17:29

ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden ukraynalı naziri necə işdən qovdurtduğunu etiraf edib. Bu barədə Bayden ABŞ Beynəlxalq Münasibətlər Şurasında çıxışı zamanı deyib. “Mən Kiyevin korrupsiya ilə mübarizəsindən narahatam. Sizə konkret nümunə göstərmək istəyirəm. Mənə Ukrayna ilə bağlı tapşırıq verildi.

İranda qır zavodu yanıb - 3 ölü

24 Yanvar 2018 17:26

İranın cənubundakı Bəndər-Abbas şəhərində qır zavodunda yanğın baş verib. Məlumata görə, yanğın nəticəsində 3 nəfərin həlak olduğu barədə xəbər verilib. Məlumata görə, daha iki nəfər xəsarət alıb.

Kral Əbdüləziz adına dəvə Festivalında QƏRİBƏ OLAY

24 Yanvar 2018 17:25

Səudiyyə Ərəbistanının Rimah bölgəsində Kral Əbdüləzizin adına dəvə festivalı təşkil edilib. Minlərlə dəvənin qatıldığı festivalda gözəllik yarışması keçirilib. Yarışmada iştirak edən 12 dəvə isə xüsusi səbəbdən kənarlaşdırılıb. Dəvələrin kənarlaşdırılma səbəbi isə onlara botoks vurulması olub.

Nəsirəddin Tusinin “Əxlaqi-nasiri” əsərinə həsr olunan konfrans keçirilib

24 Yanvar 2018 17:25

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli Sərəncamı çərçivəsində Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” əsərinə həsr olunan elmi konfrans keçirilib.