Diplomatik korpusun nümayəndələri Xankəndiyə çatıblar
12:03 SiyasətAzərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcər şəhərlərinə səfəri başlayıb.
Nümayəndə heyətini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Nümayəndə heyəti əvvəlcə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi səfər ediblər.
Hazırda Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində bərpa-quruculuq işləri gedir. Diplomatik korpusun nümayəndələri burada görülən işlərlə tanış olublar.
Sonra Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzini ziyarət edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31