Azərbaycana qarşı qarayaxma kampaniyası aparan bəzi QHT-lərin yalanları real faktlarla ifşa olundu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosa səfəri çərçivəsində Dünya İqtisadi Forumunda çıxış etdi, bir sıra görüşlər keçirdi. Bu gün bir çoxlarını düşündürən əsas sual budur. Bu bizə, Azərbaycana nə qazandırdı?
24 Yanvar 2018 17:40 İqtisadiyyatAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosa səfəri çərçivəsində Dünya İqtisadi Forumunda çıxış etdi, bir sıra görüşlər keçirdi. Bu gün bir çoxlarını düşündürən əsas sual budur. Bu bizə, Azərbaycana nə qazandırdı?
"OLAYLAR"-ın xəbərinə görə, Rəsulzadə bələdiyyəsinin sədrinin köməkçisi Jalə Tofiqqızı deyir ki, Prezident İlham Əliyev dünyanın aparıcı şirkətlərinin nümayəndələri ilə forum çərçivəsində bir sıra görüşlər keçirdi və dövlət başçısı ölkəmizdə yaradılmış investisiya mühiti ilə bağlı real vəziyyəti xarici investorların nəzərinə çatdırdı: "Dövlətimizin başçısı Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı roldan tutmuş, ölkəmizin iqtisadi potensialının təbliğinə qədər bütün məsələləri əhatə edən olduqca mühüm fikirlər səsləndirdi. Ermənistan dövlətinin Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti növbəti dəfə bütün dünyanın diqqətinə çatdırıldı". Jalə Tofiqqızı xüsusi olaraq vurğulayıb ki, Azərbaycana qarşı qara yaxma kampaniyası aparan bəzi QHT-lərin yalanları real faktlarla ifşa olundu.