Azərbaycan-Ermənistan normallaşması: Bayramov-Mirzoyan görüşü niyə vacibdir?- ÖZƏL

" Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşü, maraqla gözlənilir. Belə ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin diplomatik istiqamətdə əsas yükü məhz bu iki şəxsin üzərinə düşür. Qarşıdakı dönəmdə onların görüşünün keçirilməsi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, eyni zamanda prosesin irəliyə aparılması baxımından müsbət hal sayılmalıdır. Belə ki, artıq iki nazir arasında mütəmadi görüşlər məhz sülh prosesinin bu səviyyəyə gəlib çatmasına təbii ki, müəyyən töhfələr verir. Şübhəsiz ki, burada dövlət rəhbərlərinin rolu xüsusi olaraq qeyd olunmalıdır". 

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında söyləyib: 

" Düşünürəm ki, qarşıdakı görüş Bişkekdə geniş tərkibli bir görüşdən sonra vacib hesab olunur. Belə ki Bişkekdə Prezidentin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan arasında görüşün keçirilməsi, məhz geniş tərkibli görüşdə liderlər tərəfindən ortaya qoyulan tapşırıqların yerinə yetirilməsi və məsələlərin daha detallı müzakirəsi, prosesin irəliyə aparılması baxımından vacibdir.
O baxımdan hesab edirəm ki, Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşü sülh prosesinin irəliyə aparılması baxımından mühüm əhəmiyyət kəsb edən görüşlərdən biridir və bu görüşlər, müntəzəm dialoq, müzakirələr və prosesin irəliyə aparılması pozitiv bir proses kimi qiymətləndirilməlidir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31