Gündəm

Sürətlə yemək qida borusunda xərçəng yaradır!

24 Yanvar 2018 19:00

Qida borusu xərçəngi təəssüf ki, ilk mərhələdə heç bir əlamətlə üzə çıxmır. Ona görə də xəstə yalnız vəziyyəti ağırlaşanda xərçəngə yaxalandığını anlayır. Ən çox yayılan xərçəng növləri arasında 8-ci sırada olan yemək borusu xərçəngi insanları ölümlə təhdid edir.

Elxan Məmmədov: “Missiya mümkündür”

24 Yanvar 2018 18:55

AFFA-nın baş katibi Elxan Məmmədov UEFA Millətlər Liqasının püşkünü dəyərləndirib. SİA-nın məlumatına görə, o, assosiasiyanın rəsmi saytına bunları deyib: “Bizi maraqlı yarış gözləyir.

Valideynlər imtahan prosesini izləyiblər

24 Yanvar 2018 18:53

Azərbaycan Dillər Universitetində  təhsil alan tələbələrin valideynlərinin bir qrupu universitetin hər üç tədris binasında 2017-2018-ci tədris ilinin payız sessiyasının imtahan prosesini izləyib. Universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev valideynlərə imtahan prosesi barədə ətraflı məlumat verdikdən sonra onları universitetlə tanış edib.

Bu pis vərdiş insultun riskini artırır!Xəbərdarlıq

24 Yanvar 2018 18:50

Yaponiya alimləri araşdırmalar nəticəsində sensasion nəticələrə gəliblər. Onlar sübut edir ki, səhər yeməyindən daim imtina edən insanlarda gemorragik insultun inkişafı riski 36% artır. Japan Times xəbər verir ki, Osaka Universiteti alimləri 25 il ərzində 45 yaşdan 74 yaşına qədər olan 80 mindən artıq insanların sağlamlığına nəzarət edirdilər.

Qan qruplarının irsən keçməsi

24 Yanvar 2018 18:45

Uşağın qan qrupu onun anası və atasının qan qruplarından asılıdır. Qanın bəzi xüsusiyyətlərinə görə, tibbdə 4 qan qrupu seçilir:

Süd verən ananın pəhrizi

24 Yanvar 2018 18:40

Laktasiya zamanı qadın çoxlu enerji sərf etməli olur. Bu səbəbdən süd verən ana istədiyi qədər yeməli və kifayyət qədər maye qəbul etməlidir (8-10 stəkandan az olmayaraq). Ananın qidalanması mütləq sağlam və çeşidli olmalıdır: ət/balıq, meyvə-tərəvəz, müxtəlif yarmalar, süd məhsulları (xama, qatıq, kefir və s.). Gün ərzində 4-5 dəfə kiçik porsiyalarla qida qəbul etmək lazımdır.

"Roma" heyətinə 3-cü türk futbolçunu qatmaq istəyir

24 Yanvar 2018 18:35

İtaliya Seriya A komandalarından "Roma" heyətinə 3-cü türk futbolçunu qatmağa hazırlaşır. "Canavarlar", ilk olaraq, "Başakşəhər"in gənc oyunçusu Cengiz Ündəri daha sonra isə "Brondi"də forma geyən Rezan Çorlunu transfer etmişdi.

Rəşad Sadıqov: "Belə şeyləri qabartmaq qeyri-peşəkarlıqdır"

24 Yanvar 2018 18:30

Azərbaycan U-21 millisinin baş məşqçisi Rəşad Sadıqov Gürcüstanın U-21 komandası ilə 1:1 bitən yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

"Bayern Münhen"dən Beyl açıqlaması: "Bahadır"

24 Yanvar 2018 18:30

"Real"ın yarımmüdafiəçisi Qaret Beyl bu qış, böyük ehtimalla Madrid klubunda qalacaq. Onunla "Mançester Yunayted", "Liverpul" və "Bayern Münhen" maraqlansa da, əməli fəaliyyət göstərməyiblər.

Azərbaycanda yeni çay və limon sortları yaradılır

24 Yanvar 2018 18:30

"Lənkəran-Astara bölgəsinin torpaq-iqlim şəraitində yeni çay və limon sortlarının yaradılması üçün tədqiqatlar aparılır".

AŞPA-da Sarksiyana qarşı etiraz aksiyası keçirildi

24 Yanvar 2018 18:20

Azərbaycanın hüquq müdafiəçisi Əhməd Şahidov AŞPA-nın qış sessiyasında Ermənistan prezidenti Serj Sarkisyanın çıxışı zamanı ona qarşı səssiz etiraz aksiyası keçirib. Məlumata görə, Əhməd Şahidov Sarkisyan çıxış edərkən əlində Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun fotolarını tutub: “Mən əyləşən sektorda hamısı erməni idi, amma heç nə edə bilmədilər. Məsələyə AŞPA-nın təhlükəsizlik xidmətinin əməkdaşları qarışdı və məni zaldan çıxardılar. Sarkisyanın başını qaldırıb girovların fotolarına baxması bu mübarizəmizin boşuna getmədiyini göstərdi”.

Azərbaycan ticarət evlərinin fəaliyyəti gücləndirilir

24 Yanvar 2018 18:16

Azərbaycanın xarici ölkələrdəki ticarət evlərinin fəaliyyətinin gücləndirilməsi məqsədilə təşkilati işlər aparılır.İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu barədə nazirliyin ötən ildəki fəaliyyəti ilə bağlı geniş kollegiya iclasında deyilib. İclasda vurğulanıb ki, ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə 2017-ci ildə Belarusda Azərbaycanın Ticarət Evi fəaliyyətə başlayıb.

Daha bir matç ləğv edildi

24 Yanvar 2018 18:14

Azərbaycan və Kosovo milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu ləğv olunub.Buna səbəb UEFA Millətlər Liqasının qrup mərhələsində bu komandaların eyni  qrupa düşməsi olub.

Bruqada sindromu: qəflətən ürəyiniz dayana bilər...

24 Yanvar 2018 18:13

Qəflətən ürək dayanması son vaxtlar, xüsusən, gənclər arasında artıb. Bəzən tamamilə sağlam adamın ürəyi qəflətən dayanır. “Bruqada sindromu” deyilən bir bəla peyda olub.

Tramp: “ABŞ bunun sayəsində böyük dövlət olacaq”

24 Yanvar 2018 18:07

“Vergi islahatı sayəsində ABŞ böyük dövlət olacaq”. Bunu ABŞ prezidenti Donald Tramp Tvitter hesabında yazıb. “Bütün dünyadan şirkətlər ABŞ-a nəhəng investisiyalar qoyurlar. Heç vaxt belə deyildi. “Disney”, “J.P. Morgan Chase” və başqaları. Vergilərin genişmiqyaslı azaldılması və tənzimləmələr bizi yenidən böyük dövlət edəcək. Uzun yol hələ irəlidədir!” - Tramp qeyd edib.