Valideynlər imtahan prosesini izləyiblər

Azərbaycan Dillər Universitetində  təhsil alan tələbələrin valideynlərinin bir qrupu universitetin hər üç tədris binasında 2017-2018-ci tədris ilinin payız sessiyasının imtahan prosesini izləyib. Universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev valideynlərə imtahan prosesi barədə ətraflı məlumat verdikdən sonra onları universitetlə tanış edib.

İmtahan prosesini izləyən valideynlər daha sonra ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla ilə görüşüblər. Rektor valideynlərin imtahan prosesində iştirak etməsini yüksək qiymətləndirib. Universitetin qapılarının hər kəsə açıq olduğunu qeyd edən akademik valideynlərin təkcə imtahan sessiyası zamanı deyil, istənilən vaxt universitetdə keçirilən tədbir və iclaslarda iştirak edə biləcəyini vurğulayıb. Görüş zamanı rektor valideynlərin ADU ilə əməkdaşlıq etməsinin universitet üçün yeni istiqamətlər və hədəflər müəyyən edəcəyinə ümidvar olduğunu bildirib.

K.Abdulla qonaqlara universitetdə həyata keçirilən layihələr və onların mahiyyəti, tələbələrin inkişafına verdiyi töhfələrdən də söz açıb. O, universitetlə əməkdaşlığa görə valideynlərə təşəkkürünü bildirib.

İmtahanları izləyən valideynlər prosesin təşkili və gedişatından razılıqlarını bildiriblər. Onlar imtahan prosesində obyektivlik və şəffaflığın tam təmin olunduğunu vurğulayıblar. Qeyd olunub ki, imtahan nəticələrinin vaxtında bəlli olması tələbələrin növbəti imtahan üçün psixoloji cəhətdən hazırlığına şərait yaradır. Bu da öz növbəsində uğurların davamına təminat verir.

Görüş müzakirələrlə yekunlaşıb.

ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və [email protected] ünvanlı elektron poçtu "Qaynar xətt" elan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31