Tramp: “ABŞ bunun sayəsində böyük dövlət olacaq”
“Vergi islahatı sayəsində ABŞ böyük dövlət olacaq”. Bunu ABŞ prezidenti Donald Tramp Tvitter hesabında yazıb. “Bütün dünyadan şirkətlər ABŞ-a nəhəng investisiyalar qoyurlar. Heç vaxt belə deyildi. “Disney”, “J.P. Morgan Chase” və başqaları. Vergilərin genişmiqyaslı azaldılması və tənzimləmələr bizi yenidən böyük dövlət edəcək. Uzun yol hələ irəlidədir!” - Tramp qeyd edib.
24 Yanvar 2018 18:07 Dünya"Vergi islahatı sayəsində ABŞ böyük dövlət olacaq". Bunu ABŞ prezidenti Donald Tramp Tvitter hesabında yazıb. "Bütün dünyadan şirkətlər ABŞ-a nəhəng investisiyalar qoyurlar. Heç vaxt belə deyildi. "Disney", "J.P. Morgan Chase" və başqaları. Vergilərin genişmiqyaslı azaldılması və tənzimləmələr bizi yenidən böyük dövlət edəcək. Uzun yol hələ irəlidədir!" - Tramp qeyd edib.
Qeyd edək ki, Tramp 2017-ci ilin dekabrında vergi islahatı haqqında qanunu imzalayıb. Qanunun əsas yeniliyi korporasiyaların gəlir vergisinin 35 faizdən 21 faizə qədər azaldılmasıdır. İnvestisiyaların Amerika iqtisadiyyatına qaytarılması islahatın əsas məqsədidir. Publika.az