Gündəm
Yaşayış binasında partlayış
Rusiyanın Yekaterinburq şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. Nəticədə 5-i uşaq olmaqla 11 nəfər xəsarət alıb. İlkin məlumata görə, mənzillərdən birində qaz partlayıb.
Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazandı
Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" superturnirinin 10-cu turu yekunlaşıb. Təmsilçimiz Şəhriyar Məmmədyarov rusiyalı Pyotr Sviderlə görüşüb. Oyun Məmmədyarovun qələbəsi ilə başa çatıb. Məmmədyarov turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Öldürülən terrorçuların sayını açıqladı
Türkiyə Silahlı qüvvələrinin Baş qərargahı Azad Suriya Ordusu (ASO) ilə birgə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında öldürülən YPG və İŞİD terrorçularının sayını açıqlayıb. 5 gündür davam edən əməliyyatın gedişatında ən azı 287 terrorçu öldürülüb.
Dünyada ən populyar smartfon bəlli olub
2017-ci ilin dördüncü rübünün yekununa görə, “iPhone X” dünyada ən çox satılan smartfon olub. “Apple” şirkəti sonuncu rübdə 29 milyon adı çəkilən smartfon tədarük edib. Bu haqda “Canalys” analitik şirkəti məlumat verib.
Çay içə-içə siqaret çəkmək?
Siqaret çəkmək birmənalı olaraq insan sağlamlığı üçün ən zərərli vərdişlərdən biridir. Bunu hər kəs bilir. Amma siqareti çayla birlikdə içmək bu zərəri iki qat artırır. Hətta qida borusu xərçənginə kimi qorxulu xəstəliklə nəticələnə bilər. Bu haqda Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi, qastroentroloq Yüksel Gümürdülü xəbərdarlıq edib. Bununla bağlı mütəxəssisin fikirlərini təqdim edirik.
Ucuz avtomobil hazırlamaq üçün lif yaradılıb
ABŞ-ın Milli Bərpa Olunan Enerji Laboratoriyasının tədqiqatçılar qrupu tərəfindən saman və qarğıdalı qıçalarından ibarət karbon lif yaradılıb. Alimlər güman edirlər ki, bu, ucuz avtomobilləri hazırlamaq, o cümlədən atmosferə atılan karbon dioksidin (CO2) səviyyəsini azaltmağa imkan verəcək.
Barmaq izi skaneri “LCD” ekrana quraşdırılıb
Yaponiyanın “Japan Display” maye-kristal panellər istehsalçısı şüşə əsasında şəffaf barmaq izi skaneri hazırlayıb. Yeni texnologiyanın “Synaptics” və “Qualcomm” şirkətlərinin texnologiyalarından əsas fərqi ondan ibarətdir ki, daktiloskopik ötürücü ekran altında deyil, bilavasitə displeydə quraşdırılıb.
Yaşlı insanların yerə yıxılma riskini müəyyənləşdirən yeni sistem təqdim edilib
Heç kim yerə yıxılmağı sevmir. Həm də yaşlı insanlar üçün bu, ciddi zədələnmələrə səbəb ola bilər. Buna görə onlar üçün ən vacibi yerə yıxılmamaqdır. Bəs öncədən yaşlı insanın yerə yıxılmasını necə bilmək olar? Alimlərin məlumatına görə, yeni “FallSkip” sisteminin köməyi ilə bunu müəyyənləşdirmək mümkündür.
“Android” sistemi ən sürətli “Wi-Fi” şəbəkəsini tapmağa kömək edəcək
“Android 8.1” (Oreo) əməliyyat sistemi istifadəçi simsiz şəbəkəyə qoşulmazdan əvvəl “Wi-Fi” şəbəkəsinin siqnal səviyyəsini və sürətini göstərməyə başlayacaq. Yeni funksiyanı aktivləşdirən yeniləmə bu həftə ərzində istifadəçilərin ixtiyarına veriləcək.
“Ağıllı” “Philips” qulaqcıqlarının satışına başlanılıb
“Philips” şirkəti insanlara gecə qarabasmalarını aradan qaldırmağa kömək edəcək “ağıllı” qulaqcıqları satışa çıxarıb.
Dünyada satıcısı və kassası olmayan ilk mağaza istifadəyə verilib
“Amazon” şirkəti dünyada kassa və satıcısı olmayan ilk mağaza istifadəyə verib. İndi rəflərdə qurulmuş skanerlərin köməyi ilə pul alıcının hesabından çıxılacaq. İlk belə supermarket Siyetldə açılıb.
Rekord tutumlu “microSD” kartı təqdim olunub
“Integral Memory” şirkəti dünyada ilk dəfə 512 giqabayt tutuma malik “microSDXC” formatlı yaddaş kartını təqdim edib.
“Samsung Galaxy Note 8” smartfonu üçün təhlükəsizlik yeniləməsi çıxarılıb
“Samsung” şirkəti “Galaxy Note 8” qabaqcıl smartfonu üçün təhlükəsizlik yeniləməsi çıxarıb. Bu haqda şirkətin rəsmi saytında qeyd edilib.
Tamer Karadağlı Rafetin keçmiş arvadı ilə eşq yaşayır
“Çocuklar duymasın”nın Haluku Tamer Karadağlı müğənni Rafet El Romanın keçmiş arvadı Ceren Kaplakarslanla eşq yaşayır. Tamerin özündən 21 yaş kiçik Cerenlə sevgili olması hər kəsi təəccübləndirib.
Özcan hamilə sevgilisinə xəyanət etdi
Özündən 20 yaş kiçik hamilə sevgilisi Feyza Aktanla nikah masasına oturmağa hazırlaşan aktyor-müğənni Özcan Deniz ona xəyanət edib. Sənətçi otellərin birində keçmiş sevgilisi Buse Narcı ilə birlikdə görüntülənib. Gizlicə görüşən keçmiş sevgililərin görüntüləri yayılıb. Özcanla Buse 1 il yarım əvvəl ayrılıblar.














