Ermənistan COP17 konfransında 74 ölkənin iştirakını maliyyələşdirəcək – ÖZƏL
11:16 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan hökumətinin qərarına əsasən, ölkə BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyasında (COP17) 74 inkişaf etməkdə olan dövlətin nümayəndələrinin iştirak xərclərini ödəyəcək. 2025-ci ilin sentyabrında imzalanmış razılaşmaya uyğun olaraq, İrəvana səfər edəcək əsasən Afrika, Asiya və kiçik ada dövlətlərinin nazir səviyyəli hər bir nümayəndəsinin təyyarə bileti və yaşayış xərcləri qəbul edən tərəf tərəfindən qarşılanacaq. Bu məqsədlə hökumət büdcədən 93,5 milyon dram (təxminən 250 min dollar) ayıracaq.
Qeyd edək ki, 10-15 min iştirakçının gözlənildiyi COP17 konfransı oktyabrın 18-dən 30-dək İrəvan şəhərində keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31