Suverenliyin tam bərpası Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri yaradıb- ÖZƏL

"Yeni Azərbaycan Partiyasın ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə xüsusi  töhfələr verir". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov deyib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər milli həmrəyliyin və məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Ərazi bütövlüyünün və suverenliyin tam bərpası Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri yaradıb. YAP-ın bundan sonrakı fəaliyyətində də dövlətçilik maraqlarının, milli həmrəyliyin və ictimai fəallığın möhkəmləndirilməsi əsas istiqamətlərdən olacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31