Kiyevdə Azərbaycan ticarət evi açılacaq
Azərbaycan ticarət evi Kiyevdə 2018-ci il mart ayının ortalarında açılacaq. Məlumata görə, bunu “Ukrinform” agentliyinə müsahibəsində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev deyib.
24 Yanvar 2018 17:55 DünyaAzərbaycan ticarət evi Kiyevdə 2018-ci il mart ayının ortalarında açılacaq. Məlumata görə, bunu "Ukrinform" agentliyinə müsahibəsində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev deyib.
Səfir qeyd edib ki, artıq ticarət evi üçün məkan hazırdır, rəhbər seçilib və hazırda aparatın formalaşdırılması ilə məşğuldur: "Ticarət evində milli istehsalat məhsulları təklif olunacaq, idxal, ixrac və təkrar ixracın əlaqələndirilməsi həyata keçiriləcək".
A.Xudiyev onu da bildirib ki, bu layihə və digər tədbirlər vasitəsilə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi ildə bir milyard dollaradək arta bilər. Trend.az