İranda Rusiyanın iştirakı ilə antiamerika alyansı yaratmaq təklif olunur
İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi antiamerika alyansının yaradılmasını təklif edib. Məlumata görə, general Y.R.Səfəvi təklif edib ki, Rusiyanın iştirakı ilə ABŞ-a və onun regiondakı müttəfiqlərinə qarşı alyans formalaşdırılsın.
24 Yanvar 2018 17:18 Dünyaİranın ali rəhbəri Ayətullah Əli Xameneyinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi antiamerika alyansının yaradılmasını təklif edib. Məlumata görə, general Y.R.Səfəvi təklif edib ki, Rusiyanın iştirakı ilə ABŞ-a və onun regiondakı müttəfiqlərinə qarşı alyans formalaşdırılsın.
İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandanı rəsmi Vaşinqtonu İranı qorxutmağa cəhd etməkdə günahlandırıb:
"İranın Amerika alyansına müqavimət göstərmək üçün Rusiya, Suriya, Pakistan və İraqın da daxil olduğu regional koalisiya yaratması lazımdır". Trend.az