Ərdoğan 3 milyondan çox suriyalı qaçqını qaytarır

Türkiyə sayı 3 milyonu keçən suriyalı qaçqınları geri göndərəcək. Bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyəli lider onların qaytarılacağı yeri də açıqlayıb. Belə ki, R.T.Ərdoğan vurğulayıb: "Qaçqınları Suriyada terrorçulardan təmizlənmiş ərazilərə qaytaracağıq".

Türkiyə prezidenti daha sonra qeyd edib: "Türkiyə Suriyanı işğal etmir, əksinə terrorçulardan azad edir".

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31