Uşaq-Gənclər İnkişaf mərkəzləri hesabat verib
Təhsil Nazirliyində Bakı şəhərində yerləşən yaradıcılıq profilli Uşaq-Gənclər İnkişaf mərkəzlərinin qısa fəaliyyət dövrünü əhatə edən hesabat tədbiri keçirilib. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əməkdaşları, Bakı şəhərində yerləşən Uşaq-Gənclər İnkişaf mərkəzlərinin direktorları iştirak edib. Tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov məktəbdənkənar təhsil sahəsində həyata keçirilən islahatlar, strateji hədəflər və qarşıya qoyulan məqsədlər barədə tədbir iştirakçılarına məlumat verib. Daha sonra mərkəz direktorları fəaliyyətlərinə dair təqdimatlarla məktəbdənkənar təhsil sahəsindəki dəyişikliklər və yeniliklər, keçirilən layihələr barədə çıxış ediblər.
24 Yanvar 2018 16:28 SosialTəhsil Nazirliyində Bakı şəhərində yerləşən yaradıcılıq profilli Uşaq-Gənclər İnkişaf mərkəzlərinin qısa fəaliyyət dövrünü əhatə edən hesabat tədbiri keçirilib. "OLAYLAR" nazirliyə istinadən xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əməkdaşları, Bakı şəhərində yerləşən Uşaq-Gənclər İnkişaf mərkəzlərinin direktorları iştirak edib. Tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov məktəbdənkənar təhsil sahəsində həyata keçirilən islahatlar, strateji hədəflər və qarşıya qoyulan məqsədlər barədə tədbir iştirakçılarına məlumat verib. Daha sonra mərkəz direktorları fəaliyyətlərinə dair təqdimatlarla məktəbdənkənar təhsil sahəsindəki dəyişikliklər və yeniliklər, keçirilən layihələr barədə çıxış ediblər.
Tədbir zamanı məktəbdənkənar təhsil sahəsindəki prioritet istiqamətlər, ümumi işin gedişatına və inkişafına təsir edən məsələlər ilə bağlı müzakirələr aparılıb, həmçinin müəssisə direktorlarına müvafiq tapşırıqlar verilib.